
Qarabağ Universitetində milyon yarımlıq layihə
22:06
Ana səhifə Planet |
![]() ![]() ![]() ![]() |
Böyük Britaniyanın Qatvik hava limanı stansiyası həddən artıq sıxlıq səbəbindən təxliyə edilib.
Axar.az “İndependent”ə istinadən xəbər verir ki, hadisəyə dəmir yolunda baş verən bir neçə insident səbəb olub.
Məlumata görə, bu gün səhər saatlarında iki nəfər qatarın vurması nəticəsində xəsarət alıb. Hər iki hadisə yerinə təcili yardım xidmətləri cəlb olunub. Buna görə də “Southern Railway” şəbəkəsində iki saata qədər gecikmələr yaranıb. Nəticədə Luton–London “St.Pancras International” və Qatvik hava limanı istiqamətlərində qatarlar ləngimə, ləğv və ya marşrut dəyişiklikləri ilə üzləşib. Şəbəkədə böyük pozuntuların günün sonuna qədər davam edəcəyi bildirilib.
Sərnişinlərə mümkün olduqda səfərlərini təxirə salmaları tövsiyə olunub.
Tarix
2025.09.29 / 20:09
|
Müəllif
Axar.az
|