Yuxarı

Qərb Pezeşkiana inanmadı - İranda gərginlik artır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qərb Pezeşkiana inanmadı - İranda gərginlik artır

“Avropa üçlüyü” - Böyük Britaniya, Almaniya və Fransanın İrana qarşı sanksiyaları bərpa etməsi Tehranı çətin vəziyyətə salacaq. Çünki Avropa ölkələri ABŞ-dan fərqli olaraq nüvə məsələsində Tehranla razılaşmanın əldə olunmasına çalışırdılar. Vaşinqton isə sanksiyaların sərtləşdirilməsinin tərəfdarı idi.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O vurğulayıb ki, Tehran Avropa ölkələrini nüvə çalışmalarını davam etdirmədiyinə inandıra bilmədi:

“Bunun nəticəsi olaraq Avropa üçlüyü ABŞ və İsrailin İrana qarşı sanksiyaların tətbiqi siyasətinə qoşulmuş oldu. Avropa üçlüyünün qərarı İran Prezidenti Məsud Pezeşkianın siyasətinə zərbədir. O çalışırdı ki, İrana qarşı sanksiyalar ortadan qaldırılsın və ölkəsi Qərb ölkələri ilə ticarət əlaqələrini bərpa etsin. Ancaq bu mümkün olmadı.

Bunun əsas səbəbi İrandakı mühafizəkar qrupun siyasətidir. Pezeşkian ABŞ və AB ilə münasibətləri normallaşdırmaq istəyərkən, mühafizəkarlar onun bu siyasətini qəbul etmədilər. Məsud Pezeşkian nüvə məsələsində söz sahibi deyil. İranda nüvə çalışmaları və uranın zənginləşdirilməsi ali dini lideri və SEPAH generallarının səlahiyyəti çərçivəsindədir. Prezident onların qərarlarına təsir edə bilmir.

İranın ali dini lideri Əli Xamenei bildirib ki, ABŞ-la danışıqlar nəticə verməyəcək və bu danışıqları davam etdirməyin əhəmiyyəti yoxdur. Bu, ali dini liderin ölkə prezidentinə də mesajıdır ki, Vaşinqton və Brüssellə nüvə məsələsiylə bağlı danışıqları davam etdirməsin. Ali dini lider və SEPAH generalları nüvə çalışmalarından imtina etməyənə qədər İrana qarşı sanksiyalar yumşalmayacaq”.

Politoloq xatırladıb ki, Qərbdə Məsud Pezeşkianın “biz nüvə silahı əldə etmək istəmirik” çağırışlarına inanmırlar:

“Çünki İranda bununla bağlı qərarı başqaları verir. Halbuki İranın uranı zənginləşdirmək siyasətindən İran xalqı əziyyət çəkir. İrana qarşı tətbiq edilən sanksiyalar bu ölkənin iqtisadiyyatına mənfi təsir edir, sosial vəziyyət ağırlaşır, inflyasiya dərinləşir, bundan ən çox sadə iranlılar əziyyət çəkir. İran həmçinin əsas gəlir mənbəyi olan neftini satmaqda çətinlik çəkir.

ABŞ və Avropa dövlətlərinin İrana qarşı sanksiyaları davam etdirməsi İsrailin İrana qarşı növbəti dəfə raket zərbələrini aktuallaşdıra bilər. İsrail hökuməti İranın nüvə çalışmalarını davam etdirdiyini bəhanə edərək bu ölkəyə yenidən zərbə vura bilər. Halbuki bu, problemin həlli deyil. Əksinə, İsrailin İrana hücumları İranda mühafziəkarların mövqeyini gücləndirir.

Bu arada, İran parlamentinin 71 üzvü ölkənin müdafiə doktrinasına ciddi dəyişikliklər tələb edib. Onlar nüvə silahının yaradılması imkanlarının nəzərdən keçirilməsini istəyiblər. Beləliklə, İranın mühafizəkar deputatları nüvə silahı əldə edilməsini lazım bilirlər. Halbuki İran rəsmiləri və din xadimləri əvvəllər deyirdilər ki, nüvə silahı islama ziddir və Tehran nüvə silahı əldə etmək istəmir. Qərbdə əvvəl də bu deyilənlərə inanmırdılar. Pakistan İslam Respublikasıdır, ancaq nüvə silahı var. İslam Respublikası olan İran da nüvə silahının əldə edilməsi barədə planlar qura bilər”.

Tarix
2025.09.29 / 20:51
Müəllif
Axar.az
Digər xəbərlər

Səfirliyimizin yaxınlığına hücum: Hadisə yerindən - Foto

Raket qalıqlarının səfirliyimizin binasına düşməsinin təfərrüatı

Rusiya Azərbaycanın notasına cavab verdi

Əliyevdən Zelenskiyə: Bu cür hücumlar qəbuledilməzdir!

Səfirliyə hücum: Zelenski İlham Əliyevə zəng etdi

Azərbaycan Rusiyaya nota verdi

İran və Azərbaycan arasında aviareyslərin sayı artırılacaq

Bakı və İrəvan doğru siyasət yürüdür - Papuaşvili

Rusiya vurdu, səfirliyimizə ciddi ziyan dəydi - Video

Bakı məlumat verdi, türk polisi əməliyyat keçirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla