Yuxarı

Nazirlik və Real TV üz-üzə: nə baş verir? - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirlik və Real TV üz-üzə: nə baş verir? - Video

Xəbər verdiyimiz kimi, ötən gün Bakının Yasamal rayonunda yerləşən 225 saylı orta məktəbdə 7-ci sinif şagirdi dərs zamanı pəncərədən yıxılaraq həyatını itirib.

Axar.az xatırladır ki, sözügedən hadisədən sonra məktəbə çəkilişə gedən Real TV-nin əməkdaşına hücum olub.

Hazırda hadisə ilə bağlı saxlanılanlar var, hüquq-mühafizə orqanları ilə yanaşı Bakı şəhər Təhsil İdarəsi də araşdırma apardığını elan edib.

Bu arada sözügedən hadisə ilə bağlı Təhsil Nazirliyinin “Azərbaycan müəllimi” qəzetinin yaydığı məqalə isə xüsusi diqqət çəkib.

Məqalədə qeyd olunub:

“Məktəbdə azyaşlı şagirdin həyatını itirdiyi faciəvi hadisədən dərhal sonra əsas prioritet uşaqların, ailənin və məktəb kollektivinin yaşadığı ağır sarsıntıya hörmətlə yanaşmaq olmalıdır.

Hadisə şahidlərinin bildirdiyinə görə, televiziya operatorundan dəfələrlə azyaşlı şagirdlərdən müsahibə almamaq, onların psixoloji vəziyyətini nəzərə almaq xahiş edilib. Lakin bu müraciətlərə məhəl qoyulmadığı, çəkilişlərin davam etdirildiyi, hətta həyatını itirən şagirdin yaxınlarının razılığı olmadan görüntülərinin lentə alındığı bildirilir. Şahidlərin sözlərinə görə, məhz bu davranışlar hadisə yerində ciddi narazılıq və gərginlik yaradıb.

Bəs azyaşlılara hansı suallar veriləcəkdi? “Hadisə necə baş verdi?”, “Onun hansı problemləri var idi?”, “Hadisəni kim gördü?” Bu uşaqların bəziləri bəlkə də həyatlarında ilk dəfə belə ağır bir faciə ilə üzləşib, meyit görüblər. Onların yaşadığı psixoloji sarsıntını nəzərə almadan müsahibə almağa çalışmaq hansı peşəkar jurnalistika prinsiplərinə uyğundur?

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məsələ ilə bağlı açıqlamasında da bu məqama xüsusi diqqət yetirilib. İdarə bir daha xatırladıb ki, belə həssas hadisələrlə bağlı məlumatların yayılması zamanı dəqiqlik və məsuliyyət prinsiplərinə riayət olunmalı, uşaqların qanunvericiliklə nəzərdə tutulmuş anonimliyi, psixoloji təhlükəsizliyi və mənafeləri qorunmalıdır. Açıqlamada həmçinin şagirdlərlə müsahibələrin aparılmasına və onların emosional vəziyyətinə mənfi təsir göstərə biləcək digər davranışlara yol verilməməsinin vacibliyi vurğulanıb.

Əlbəttə, bütün bunlar operatora qarşı fiziki zorakılığı haqlı etmir. Ancaq hadisəni yalnız jurnalistin döyülməsi üzərindən təqdim etmək, qarşıdurmaya gətirib çıxardığı bildirilən halları görməzdən gəlmək də düzgün deyil.

Jurnalistin hüquqları olduğu kimi, faciə yaşamış uşaqların və ailələrin də hüquqları var. Mətbuat azadlığı heç kimə azyaşlıların psixoloji təhlükəsizliyini, insanların şəxsi həyatını və faciə qarşısındakı həssaslığını nəzərə almamaq haqqı vermir.

Peşəkar jurnalistika təkcə nəyi çəkməyi deyil, nəyi çəkməməyi, kimə sual verməyi deyil, hansı məqamda susmağı da bilməyi tələb edir.

Bu hadisədə zorakılığa hüquqi qiymət verilməli, eyni zamanda media nümayəndələrinin davranışları da peşə etikası baxımından obyektiv araşdırılmalıdır.

Çünki jurnalistikanın əsas prinsipi yalnız informasiya əldə etmək deyil, həm də insana hörmət etməkdir”.

Məqaləyə Real TV-nin baş redaktorunun müavini Mahir Məmmədli sosial şəbəkə hesabında bu cür reaksiya verib:

“Azərbaycan müəllimi” qəzeti dünən 225 saylı orta məktəbdə jurnalistlərin linç edilməsi ilə bağlı məqalə yazıb və vəhşiliyə haqq qazandırıb. Nə qədər qəribə olsa da...

Ümumiyyətlə şagird niyə məktəbdə meyit görməlidir? Şagirdin meyit görməməsi üçün məktəb nə edib? Ümumiyyətlə, məktəblərdə psixoloq varmı? Varsa, nə ilə məşğuldur?

“Azərbaycan müəllimi” qəzetindəki həmkarlarımızın bu məqalə ilə nəyi qorumağa çalışdıqları şəxsən mənə qaranlıqdır. Linçi müdafiə etmək? Şagirdlər arasında belə amansız tendensiyaya haqq qazandırmaq? “Son zəng” tədbirlərində müəllimlərin də şagirdlərə qoşulub “oğru mahnıları”na rəqs etdikləri məktəblərdən nə gözləməliyik? “Azərbaycan müəllimi”ni daha çox bu sual düşündürməlidir. Araşdırsınlar, məktəblilər arasında nə qədər cinayətlər baş verir? Niyə baş verir? Kimdədir günah? Hadisəni işıqlandırmağa çalışan jurnalistdə?”

Tarix
2026.10.29 / 10:58
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan XİN Türkiyəni təbrik etdi - Foto

Əliyevdən Ərdoğana: Sınaqlardan çıxmış əsl dostluq...

İlham Əliyev Ərdoğana məktub göndərdi

Ceyhun Bayramov Türkiyəyə getdi

Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi

Türkiyə Cümhuriyyətinin qurulmasından 103 il ötür

Azərbaycanı tənqid edənlər başlarını divara vursunlar - Paşinyan

İlham Əliyev İspaniyaya başsağlığı verdi

Döyüş komandanlığında NATO heyəti ilə görüş

İsraildə yeni hökumət qurulur: Daha aqressiv olacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla