Yuxarı

Bu İran vətəndaşlarının məhkəməsi başlayır - Rəsmi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu İran vətəndaşlarının məhkəməsi başlayır - Rəsmi

Bu ilin fevralında Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Xəzər dənizindən qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik gətirilməsi faktı üzrə Baş Prokurorluğun İstintaq idarəsində ibtidai istintaq aparılıb.

Bu barədə Axar.az-a Baş Prokurorluqdan məlumat verilib.

Qeyd olunub ki, istintaqla İran vətəndaşları Kəlte Eydməhəmməd Anaməhhəmməd oğlu, Hacı Muradi Əbdülnasir İlyas oğlu, Fərdcu Şərif Rəcəbməhəmməd oğlu, Kər Fərzad Anatağun oğlunun Qızıl Qaffar Nurməhəmməd oğlu, Qaranejad Behzad Əbdülqəfur oğlu, Qızıl Qaffar Nurməhəmməd oğlu və Qaranejad Behzad Əbdülqəfur oğlunun və qeyrilərinin mütəşəkkil dəstə halında cari il fevralın 2-dən 3-nə keçən gecə iki qrupa bölünməklə Xəzər dənizi istiqamətində Azərbaycanın mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda keçiblər.

Birinci qrupun Şahdəniz yatağının cənub-şərqi istiqamətində və digər qrupun isə Sumqayıt şəhərinin Xəzər dənizinə yaxın sahil ərazisinə yaxınlaşması və əməliyyat-axtarış fəaliyyətini həyata keçirən qurumlar tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində saxlanılarkən idarə etdikləri qayıqlardan xüsusilə külli miqdarda narkotik vasitə sayılan - 11 kq 25 qram olan qurudulmuş marixuana, 1 kq 370 qram heroin və 170 qram çəkidə 4400 metadon həbləri aşkar edilərək götürülüb.

Toplanmış sübutlar əsasında Qızıl Qaffar Nurməhəmməd oğlu, Qaranejad Behzad Əbdülqəfur oğlu, Kəlte Eydməhəmməd Anaməhhəmməd oğlu, Hacı Muradi Əbdülnasir İlyas oğlu, Fərdcu Şərif Rəcəbməhəmməd oğlu və Kər Fərzad Anatağun oğluna Cinayət Məcəlləsinin 206.4 (mütəşəkkil dəstə tərəfindən törədilən qaçaqmalçılıq), 234.4-1-ci (narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi xüsusilə külli miqdarda törədildikdə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstənin Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçməsi) maddələri ilə ittiham elan edilərək cinayət işi aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Tarix
2025.09.29 / 18:30
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 il və daha uzun müddətə bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

Ukraynalı nazir İlham Əliyevə təşəkkür etdi

Hakan Fidan Ceyhun Bayramovla görüşdü

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Paşinyan sülh sazişini gecikdirsə... - Rusiyadan baxış

Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

Bayramov Ankarada mühüm iclasda çıxış etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla