Yuxarı

Gültəkin Hacıbəylidən kim və niyə şikayət edib? - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gültəkin Hacıbəylidən kim və niyə şikayət edib? - Video

11:13

Gültəkin Hacıbəyli barəsində həbsli axtarış qərarının səbəbi xüsusi ittiham qaydasında Leyla Arif adlı şəxsin müraciəti olub.

Bu sözləri Axar.az-a açıqlamasında Gültəkin Hacıbəylinin vəkili Bəhruz Bayramov deyib.

O bildirib ki, şikayətçi Leyla Arif Gültəkin Hacıbəylini sosial şəbəkədə Azərbaycan türklərini, azərbaycanlıları təhqir etməkdə ittiham edir.

Vəkil Gültəkin Hacıbəylinin 2-3 aydır ölkədə olmadığını vurğulayıb:

“Övladı xaricdə təhsil aldığı üçün onun yanında olub. Ona görə də bildiriş onun mənzilinə çatmayıb. Bu səbəbdən hakim şikayəti icraata götürüb. Telefonuna da məhkəmə ilə bağlı hər hansı mesaj daxil olmayıb və o, axtarışa verilib.

O, xaricdən gələndə hava limanında saxlanıldı. Əvvəl polis idarəsinə, sonra isə Nəsimi Rayon Məhkəməsinə aparıldı. Məhkəmədə bu müddət ərzində onun xaricdə olduğu nəzərə alınaraq axtarış qərarı ləğv olundu. Amma hazırda məhkəmə prosesi davam edir”.

B.Bayramov qeyd edib ki, dayandırılmış icraat yenilənərək, hakim Elməddin Hüseynovun icraatında olan iş üzrə məhkəmə prosesi dekabrın 8-nə təyin olunub.

Tarix
2022.11.30 / 13:53
Müəllif
Sayalı Abasova
Digər xəbərlər

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla