Yuxarı

Məşhur şadlıq evi 2 milyona satıldı: sökürlər...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məşhur şadlıq evi 2 milyona satıldı: sökürlər...

Bakının Xətai rayonunda, Gəncə prospekti 28 ünvanında yerləşən məşhur “Şəms” şadlıq sarayının satıldığı bildirilir.

Axar.az xəbər verir ki, yerli sakinlərin Yenipress.az-a verdiyi məlumata görə, şadlıq evi 2 milyon manata satılıb. Şadlıq evinin Sabir adlı sahibi yaxınlıqda yerləşən və icarəyə verdiyi digər obyektlərindən icarədarları da çıxarıb və hazırda özünə yeni ofis və mərasim evi hazırlamaqla məşğuldur.

Qeyd edək ki, “Şəms” bir müddətdir mərasim evi kimi fəaliyyət göstərir.

İddialara görə, “Şams” mərasim evini tikinti şirkətlərindən biri alıb. Ehtimal edilir ki, mərasim evinin yerində yeni göydələn tikiləcək.

Həmin ərazidə, 269 saylı məktəbin önündə artıq tamamlanmaqda olan yeni göydələn tikilir. Hələ o zaman sakinlər yeni göydələnin sıxlığı artıracağına etiraz etsələr də, sakinlərin narazılığına kimsə fikir vermədi. Mərasim evinin yerində də daha bir göydələnin tikintisi gerçəkləşərsə, artıq bu məhəllədə yaşamaq qeyri-mümkün olacaq.

Sakinlər hazırda məhəllədə maşın saxlamaq mümkün olmadığından gecələr “Şəms” mərasim evinin həyətindən istifadə edirlər. Yeni tikilən binaya sakinlərin yerləşməsi başlayandan sonra vəziyyətin necə olacağını təsəvvür etmək mümkün deyil. Üstəlik, “Şəms” mərasim evinin yerində növbəti bina tikilərsə, vəziyyət tamamilə dözülməz olacaq.

Qəribəsi odur ki, bu dözülməz şəraiti iş adamları yaradır, onlar pul qazanmaq üçün hər şeyə gedirlər, Xətai rayon İH və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi isə bu qanunsuzluqlara icazə verir.

Tarix
2022.12.18 / 22:06
Müəllif
Axar.az
Digər xəbərlər

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla