Yuxarı

Bu sürücülərə maşın sürmək qadağan edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu sürücülərə maşın sürmək qadağan edildi

Ötən dövr ərzində inzibati protokollar əsasında 20 və daha artıq cərimə balı toplayan 440 sürücünün sürücülük hüququ müxtəlif müddətə məhdudlaşdırılıb.

Bu barədə Milli.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

V.Əsədov əlavə edib ki, qaydaları pozan sürücü və piyadalar barəsində yol polisi əməkdaşları tərəfindən ümumilikdə 791 708 inzibati protokol, Mərkəzi Məlumat Xidməti (MMX) tərəfindən isə 278554 elektron protokol tərtib edilib: "Piyadaların avtomobillər tərəfindən vurulmasının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı 94 947 halda piyadalar inzibati məsuliyyətə cəlb edilib. Yol polisi əməkdaşları tərəfindən sürücülərə sürət həddinin aşılması ilə bağlı isə 9 553, ötmə, manevretmə və qarşıdan gələn nəqliyyat vasitəsinin hərəkət zolağına çıxmaya görə 7 858, yolayrıclarını keçmə qaydalarının pozulmasına görə 161 mindən çox inzibati protokol tərtib edilib.

Bundan əlavə 14 697 halda sərxoş sürücü müəyyən edilib. Sərnişindaşıma qaydalarını pozan 2 024 sürücü cəzalandırılıb. İşıqforun qırmızı işığından keçdiyinə görə isə 11 394 sürücü məsuliyyətə cəlb edilib".

Həmçinin 619 avtoxuliqan, 2 167 polisin qanuni əmrinə tabe olmayan sürücü aşkar edilib.

Tarix
2015.11.04 / 22:52
Müəllif
Axar.az
Digər xəbərlər

Sabah Ermənistana propan və buğda göndəriləcək

Azərbaycan və Özbəkistan arasında münasibətlər... - Prezident

Azərbaycanın “C6” formatında iştirakı... - Prezident

Özbəkistanla ticarət dövriyəsi 3 dəfədən çox artıb - Prezident

İlham Əliyev Özbəkistan mətbuatına müsahibə verdi

Azərbaycanın kifayət qədər çətin qonşuları var - Norman

Ermənistana 11 vaqon buğda və 4 vaqon arpa göndərildi

İrəvan Vardanyana görə üçüncü ölkəyə müraciət etdi

Səfirimiz etimadnaməsinin surətini Riveraya təqdim etdi

Prezident sərəncamı: 34 ölkə vətəndaşlarına vizasız rejim...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla