Yuxarı

Yol polisindən sürücülərə xəbərdarlıq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yol polisindən sürücülərə xəbərdarlıq

Avtomobilinin şüşəsiləni işləməyən sürücülər məsuliyyətə cəlb olunacaqlar.

Bunu Trend-ə Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

V.Əsədov qeyd edib ki, Bakının əksər yerlərində yağışın yağması avtomobillər üçün təhlükə yaradır. Qurum rəsmisi sürücülərə müraciət edərək onları ehtiyatlı olmağa çağırıb:

"Yağış avtomobillərin hərəkəti zamanı sürüşmə ehtimalını artırır. Ona görə də sürücülərdən xahiş edirik ki, sürət həddini minimuma endirsinlər. Bununla yanaşı, şüşəsilənləri işləməyən nəqliyyat vasitələrinin hərəkət etməsi olduqca təhlükəlidir. Yol hərəkəti haqqında qanuna görə, bu cür avtomobillər yol hərəkətindən kənarlaşdırılır və sürücülər məsuliyyətə cəlb olunur".

Bölmə rəisi sürücüləri avtomobillə yağış sularının yaratdığı gölməçələrdən keçərkən diqqətli olmağa səsləyib: "Sürücülər avtomobillə yağış sularının yaratdığı gölməçələrdə hərəkət edən zaman mütləq ətrafdakı piyadaları düşünməlidirlər. Buna görə sürücülər məsuliyyət daşıyır".

Tarix
2015.11.09 / 14:26
Müəllif
0
Digər xəbərlər

İƏT Azərbaycanla bağlı 4 qətnaməni yenilədi

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla