Yuxarı

Ramazanın 5-ci günü: dua, imsak və iftar vaxtı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ramazanın 5-ci günü: dua, imsak və iftar vaxtı

Sabah Ramazan ayının beşinci günüdür.

Axar.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, martın 27-si imsak vaxtı saat 05:07-də, iftar vaxtı isə 19:13-dir.

Martın 27-si üçün namaz vaxtları:

Sübh azanı 05:12
Zöhr azanı 12:46
Əsr azanı 17:10
Məğrib azanı 19:13
İşa azanı 20:15

Beşinci günün imsak vaxtı üçün duanı təqdim edirik:

“Bismillahir-Rahmanir-Rahim. Allahumməc-əlni fihi minəl-mustəğfirin. Vəc-əlni fihi min ibadikəs-salihinəl-qanitin. Vəc-əlni fihi min övliyaikəl-müqərrəbin. Birə-fətikə ya ərhəmər-rahimin”.

Tərcüməsi: “İlahi, bu gün məni bağışlanmışlardan, sənin fərmanına baş əyən saleh bəndələrindən və yaxın dostlarından qərar ver. Mərhəmətinə and verirəm, ey rəhmlilərin ən rəhmlisi! Amin!”

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.

Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”.

Allah orucunuzu qəbul eləsin!

Tarix
2023.03.26 / 21:54
Müəllif
Axar.az
Digər xəbərlər

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla