Yuxarı

Azercelldən “Autizm Portalının İnkişaf Etdirilməsi”nə dəstək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Portalın texniki və funksional imkanlarının genişləndirilməsi Autizm Mərkəzinin işini xeyli təkmilləşdirəcək

Korporativ sosial məsuliyyət prinsiplərini əsas tutaraq “Azercell Telekom” texnoloji imkanlar vasitəsilə cəmiyyətin sosial inkişafı, eləcə də, ayrı-ayrı sosial qrupların rifahının yüksəldilməsi istiqamətində fəaliyyətini davam etdirir. Lider mobil operatorun dəstəyi ilə “Birgə və Sağlam” İctimai Birliyinin “Onlayn Autizm Portalının İnkişaf Etdirilməsi” layihəsi həyata keçirilir.

Layihə çərçivəsində autizm haqqında onlayn platformada maarifləndirmə işlərinin miqyasını genişləndirmək məqsədilə autizmportali.az portalı dizayn tərtibatı və texniki imkanlar baxımından müasir standartlara uyğun olaraq əsaslı surətdə təkmilləşdirilir və yenilənir, məzmunu zənginləşdirilir, istifadəçilərin məlumatlara rahat çıxışını təmin etmək üçün portalın funksional imkanları artırılır. Portalın dinamikləşdirilməsi məzmunların çevik şəkildə yenilənməsinə, “canlı çat” funksiyası isə istifadəçilərə autizm, həmçinin bu sahədə göstərilən reabilitasiya və digər sosial xidmətlərlə bağlı operativ məlumat almağa imkan verəcək.

Azercell-in dəstəyilə Türkiyənin Tohum Otizm Vakfının Azərbaycan dilinə tərcümə olunmuş 10 cilddən ibarət kitabı daxil, autizmin bir sıra aspektlərini əhatə edən elmi əsaslı məlumatlar toplusu rəqəmsallaşdırılıb portala yerləşdiriləcək və məzmun mütəmadi olaraq artırılacaq. Valideynləri autizm haqqında dəqiq və etibarlı məlumatla təmin etmək məqsədilə həkim-mütəxəssislərin iştirakı ilə video formatda hazırlanan maarifləndirmə çarxları da portalda yer alacaq.

Layihənin 2023-cü ilin 2-ci yarısınadək yekunlaşdırılaraq açıq istifadəyə verilməsi planlaşdırılır.

Tarix
2023.03.27 / 14:41
Müəllif
Axar.az
Digər xəbərlər

HƏMAS girovları verməkdən imtina etdi - İsraildən reaksiya

Vardanyanın məhkəmədə etirazı təmin olunmadı

Vardanyanın cinayət işi: növbəti məhkəmə prosesi keçirildi

Putin xaos yaradır: Kreml Bakıya qara təbliğata başladı

Rusiyaya işləməkdə ittiham edilən Məmmədyarov danışdı

Pezeşkianın Bakıya səfəri... - Baş nazirin müavini

Pineviç etimadnaməsinin surətini Bayramova təqdim etdi

Bakı ilə Ankara arasında məsləhətləşmələr aparıldı

Səudiyyə Həccə onların gətirilməsini qadağan etdi

Azərbaycana rəsmi sorğu göndərəcəm - Valuyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla