Yuxarı

Mingəçevirdə keçmiş məhkum “Makarov”la tutuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mingəçevirdə keçmiş məhkum “Makarov”la tutuldu

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən üzərində odlu silah-sursat gəzdirən və orta məktəbdən oğurluq edən şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Axar.az-a verilən məlumata görə, şəhər ərazisində Elçin adlı şəxsin üzərində odlu silah-sursat gəzdirməsi barədə polisə əməliyyat məlumatı daxil olub. Şöbənin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində əvvəllər də ağır cinayətlər törətdiyi üçün 8 dəfə məhkum olunmuş və ümumilikdə 28 il azadlıqdan məhrum edilmiş Yevlax rayon sakini Elçin Ocaqquliyev saxlanılıb.

Şəxsi axtarış zamanı onun üzərindən “Makarov” markalı tapança, silaha məxsus daraq və 5 ədəd patron aşkarlanaraq götürülüb. Həmin silahın hər hansısa bir cinayətdə istifadə edilib-edilməməsinin müəyyən olunması məqsədilə zəruri istintaq hərəkətləri davam etdirilir.

Polis əməkdaşları tərəfindən keçirilən digər əməliyyat-axtarış tədbiri nəticəsində isə şəhər ərazisində yerləşən orta məktəblərin birindən oğurluq edən Rövşən Kərimov saxlanılıb. Araşdırma zamanı onun gecə saatlarında məktəbə daxil olaraq oradan 8 ədəd kompüter oğurladığı və kolluq ərazidə gizlətdiyi müəyyən edilib. Məqsədi isə bir neçə gün keçdikdən sonra onları satmaq və qazanc əldə etmək olub. Ancaq R.Kərimov niyyətini sona qədər həyata keçirə bilməyib və oğurladıqları gizlətdiyi yerdən maddi sübut kimi götürülərək istintaqa təqdim olunub.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxsin digər analoji əməllərdə iştirakının olub-olmaması araşdırılır.

Tarix
2023.04.01 / 10:04
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan İlham Əliyevə təşəkkür etdi

Paşazadə 10 yepiskopla görüşsə... - Badalyan

Sabah Azərbaycanla Türkiyə arasında mühüm iclas keçiriləcək

Türkiyə də Ukrayna müharibəsinə sürüklənir: Tərəf seçə bilər

İlham Əliyev Piterə gələ bilər - Peskov

Vardanyan Bakıda bu cür saxlanılır: şəraiti... - Video

Hökumə Əliyevanın ailə üzvləri Aktauya getdi - Video

Rusiyanın Türkiyəyə qarşı təxribatı - Nə baş verir?

Bu şəxslərə bayramla əlaqədar 500 manat mükafat verildi

Ermənistana investisiyalar Türkiyə üçün risklər yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla