Yuxarı

Nardaranda qətlə yetirilən polis zabiti - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nardarandakı toqquşmada həlak olan iki polisdən birinin kimliyi məlum olub.

Axar.az Femida.az-a istinadlaxəbər verir ki,həlak olanlardan biri polis zabiti, 1975-ci il təvəllüdlü, mayor Vüqar Nəsibovdur. O, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyatçısı olub. Vüqar Nəsibov evli olub, iki övladı var.

Mərhum polis əməkdaşı sabah II Fəxri Xiyabanda dəfn ediləcək.

Qeyd edək ki, noyabrın 26-da Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 4 üzvü məhv edilib, daha bir neçə nəfəri yaralanıb.

Əməliyyatın keçirildiyi ərazidə, silahlı cinayətkar dəstənin tərəfdarlarının çoxalmasına baxmayaraq, polis işçiləri öz xidməti vəzifələrini sonadək mərdliklə yerinə yetirib, 2 əməkdaş qəhrəmancasına həlak olub. Yaralanan polis əməkdaşları DİN-in hospitalında müalicə alır.

Hadisə yerindən maddi sübut kimi xeyli sayda avtomat silah, əl qumbarası, soyuq silahlar və s. götürülüb. Cinayətkar dəstənin, Taleh Bağırov başda olmaqla, 14 üzvü saxlanılaraq istintaqa təqdim edilib. Fakt üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən cinayət işi başlanılaraq istintaq aparılır.

Tarix
2015.11.27 / 00:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

Prezident Leonid Kalaşnikovu qəbul etdi

66 konqresmenin Bakıya qarşı qərəzli - Çağırışı

Azərbaycan vətəndaşı oldu, ermənilərə "eşşək" dedi - Video

Şeyx delimitasiyaya xeyir-dua verdi

Prezident Quterreşin xüsusi müşavirini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla