Yuxarı

Komitədən ağır işgəncə faktı ilə bağlı açıqlama...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Komitədən ağır işgəncə faktı ilə bağlı açıqlama...

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası saxlanılarkən əsgər Hüseyn Axundova qarşı ağır işgəncələrin verilməsini 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalarının kobud şəkildə pozulması faktı kimi qiymətləndirərək qarşı tərəfin insanlığa sığmayan bu cür amansızlığını qətiyyətlə pisləyir və əsir düşmüş şəxslərlə beynəlxalq humanitar hüquq normalarına uyğun davranılmasını tələb edir.

Bu barədə Axar.az-a Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib.

Dövlət Komissiyası tərəfindən əsgərlərimizin həyat və sağlamlığına qarşı yönəlmiş belə halların aradan qaldırılması və onların tezliklə azad edilməsi üçün aidiyyəti beynəlxalq təşkilatlara rəsmi qaydada müraciətlər ünvanlanaraq təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə çağırış edilib.

Qeyd edək ki, Ermənistana məxsus kütləvi informasiya vasitələrində Azərbaycan Ordusunun əsgəri, 07.04.2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğluna işgəncələrin verilməsi və onunla qəddar rəftar edilməsinə dair foto və video materiallar nümayiş etdirilib.

Tarix
2023.04.13 / 20:34
Müəllif
Axar.az
Digər xəbərlər

Bu şəxslərə xoş xəbər - Qərar

"İçərişəhər"dəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

Türkiyə dərsliyində Azərbaycan şəhəri haqda bu ifadə... - Foto

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki...

Paşinyan elan etdi: TRİPP-in icrasına başladıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla