Yuxarı

Respublika yarışı: növbəti zona birinciliyi keçirildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Respublika yarışı: növbəti zona birinciliyi keçirildi - Foto

Bu gün Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin bazasında Bakı Regional Mərkəzinin əhatə etdiyi rayonların təhsil müəssisələri arasında “Heydər Əliyev ili”nə həsr olunmuş “Gənc xilasedici və yanğınsöndürən” X Ümumrespublika yarışlarının zona birinciliyi keçirilib.

Axar.az xəbər verir ki, yarış Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə baş tutub.

Keçirilən birinciliyin əsas məqsədi şagirdlərin fövqəladə hallara hazırlıqla bağlı fiziki və intellektual səviyyəsinin yoxlanılması, məktəblilərdə fərdi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılması və yetişməkdə olan gənc nəslin nümayəndələrinə sağlam həyat tərzinin aşılanmasından ibarət olub.

Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirin açılışında Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov çıxış edərək “Heydər Əliyev ili”nə həsr olunmuş “Gənc xilasedici və yanğınsöndürən” X Ümumrespublika yarışlarının zona birinciliyinə qatılan iştirakçılara uğurlar arzulayıb. Çıxışında ölkəmizin bugünkü uğurlarının əsasında ümummilli lider Heydər Əliyevin titanik fəaliyyətinin, xalqına, Vətəninə sonsuz məhəbbətinin dayandığını bildirən Məhərrəm Həsənov Dahi Rəhbərin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, ümummilli lider və öndər kimi əbədi qalacağını qeyd edib.

Sonra FHN-in İctimaiyyətlə əlaqə idarəsinin rəis müavini polkovnik Məhbubə Mustafayeva və Bakı Regional Mərkəzinin rəis müavini Kamil Bağırov çıxış edərək yarışın gənc nəslin tərbiyəsində oynadığı roldan danışıb və iştirakçılara uğurlar arzulayıb. Həmçinin, onlar "Heydər Əliyev İli"nin əhəmiyyətindən, Ulu Öndərin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərindən söz açıblar.

Daha sonra yarışa start verilib. Yarış “Kombinə edilmiş yanğın estafeti” və “Maneələr zolağı” adlı iki mərhələdən ibarət olub.

Gərgin mübarizə şəraitində keçən yarışda birinci yerə Yasamal rayon 31 saylı tam orta məktəbi, ikinci yerə Nizami rayon 220 nömrəli məktəb-liseyi, üçüncü yerə isə 95 saylı tam orta məktəbi təmsil edən komandalar layiq görülüblər.

Qeyd edək ki, qalib komandalardan ilk iki yerin sahibi “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının respublika birinciliyində iştirak etmək hüququ qazanıblar.

Tarix
2023.04.19 / 14:58
Müəllif
Sayalı Abasova
Digər xəbərlər

Vəfa ilə müsahibəyə görə erməni kanalı bağlandı - Video

Qətər və AB strateji tərəfdaşlıq sazişi üzrə danışıqlara başladı

Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu - Video

Prezident BƏƏ-nin bir sıra şirkətlərinin rəhbərlərini qəbul etdi

Ərdoğanın müavini Azərbaycana gəlir

Bakı ilə narrativlərimiz ziddiyyətli idi... - Qriqoryan

Tramp buna görə İlham Əliyevə təşəkkür etdi

Eyyubov Moskvada mühüm iclasda: Diqqət çəkən məqam...

Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar yaradır

Sülh sazişinin paraflanması atmosferi dəyişdi - Qriqoryan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla