Yuxarı

Bakıda gözlənilən hava şəraiti açıqlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 30-da Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, saat 09:00-dan 12:00-dək hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. Səhər tezdən gözlənilən duman tədricən seyrələcək. Cənub küləyi əsəcək, sürəti saniyədə 5-10 metr təşkil edəcək. Havanın temperaturu 19-24° isti olacaq.

Saat 12:00-dan 15:00-dək hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək, sürəti 5-10 metr/saniyə təşkil edəcək. Havanın temperaturunun 25-29° isti olacağı proqnozlaşdırılır.

Saat 15:00-dan 18:00-dək hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, saat 18 radələrində arabir tutulacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək, 7-12 metr/saniyə təşkil edəcək, saat 18 radələrində şimal-qərb küləyi əsəcək, sürəti saniyədə 8-13 olacaq, arabir 15 metrə çatacaq. Havanın temperaturu 29°-dək isti, saat 18 radələrində 22°-yə yaxın olacağı bildirilir.

Saat 18:00-dan 21:00-dək hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, sürəti saniyədə 9-14 metr olacaq, saat 20:00-21:00 arasında arabir 16-18 metr/saniyəyədək güclənəcək. Havanın temperaturunun 17-20° isti olacağı ehtimal edilir.

Saat 21:00-dan 00:00-dək hava şəraitinin buludlu olacağı gözlənilir. Saat 23:00-00:00 arasında yağışın başlanması ehtimalı var. Şimal-qərb küləyi əsəcək, sürəti saniyədə 10-15 metr olacaq, arabir 18-20 metrədək güclənəcək. Havanın temperaturu 15-17° isti olacaq.

Tarix
2023.04.29 / 20:28
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan bu seçkilərdə qələbə qazandı

Anar Abdullayev həbs olundu

PKK tərk-silah olur: ilk qrupun silahları yandırmasının mənası...

Quterreş Əliyevlə Paşinyanın görüşünü yüksək qiymətləndirdi

Putin postsovet ölkələrinə müdaxilə üçün fərman imzaladı

Azərbaycan Ukraynaya indiyədək nə qədər yardım edib?

Rusiyanın Azərbaycana qarşı şaftalı savaşına Belarus da qoşuldu

Xameneinin Azərbaycana nifrətinin əsl səbəbi - İsrail KİV

BƏƏ-də tarixi görüş: İranın “qırmızı xətti” artıq yoxdur!

Əbu-Dabi görüşü niyə qabağa çəkildi? - Mühüm

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla