Yuxarı

SEPAH azərbaycanlıları belə tora salır - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
SEPAH azərbaycanlıları belə tora salır - Video

09:00

Qərbin sanksiyalarından sonra İranda bir çox sahələr üzrə, o cümlədən, SEPAH-da pul qazanmağın yollarını axtarmağa başladılar. Bu minvalla narkotik qaçaqmalçılığı və satışının həyata keçirilməsinə qərar verildi. Məqsəd pul qazanmaq və sanksiyaların əvəzində Qərb ölkələrini təhdid etmək idi.

Bu sözləri Axar.az-a SEPAH-ın istefada olan polkovniki Əli Rzayi İranda narkotik maddələrin qaçaqmalçılığı və SEPAH-ın bu işdə rolu barəsində danışarkən deyib.

O, narkotik daşıyan yük maşınlarının İrandan keçməsi üçün ortaya qoyulan şərtlərə toxunub:

“İlk növbədə narkotik malların tranzit daşınmasına icazə verilməli idi. Yəni, Əfqanıstandan narkotik maddələr daşıyan ağzı bağlı yük maşınları bəzi şərtlər müqabilində İrandan keçəcəkdi. Bəzi malların arasına narkotik maddələri qarışdıraraq keçirirdilər. İşlərini bu cür görən şəxslərin əsas məqsədi pul qazanmaq idi. Bu işlər SEPAH-ın Qüds briqadasının əli ilə həyata keçirilirdi. Belə ki, xaricdə maliyyə məsələsini SEPAH-ın Qüds briqadası həll edirdi. Nefti də gəmilərə doldurub, dənizdə qaçaqmalçılara satırdılar. Pulunu ya birbaşa qaçaqçılar vasitəsi ilə İranın dəstəklədiyi terror qruplarına xərcləyirdilər, ya da gizli şəkildə Türkiyədən Azərbaycana və İrana keçirirdilər. Qarabağ yolu isə bu baxımdan əlverişli idi. Bu baxımdan, Xudafərin səddinin düzəlməsi bir bəhanə xarakteri daşıyıb. SEPAH-ın məqsədi şirkətlərini Arazın hər iki tərəfində yerləşdirib, onlardan istifadə etmək olub”.

Çalışdığı briqadada SEPAH-ın əsas işinin casus ovu olduğunu bildirən polkovnik İranın narkotik maddələrin qaçaqmalçılığına həm də bu səbəbdən şərait yaratdığını vurğulayıb:

“Mənim çalışdığım “14 məsum” briqadası qaçaqmalçılarla birbaşa iş görməsə də, sərhəddə onlarla əlaqədə idilər. Onlardan məlumat tələb edirdilər. Azərbaycandan adam tapıb, casusluğa cəlb etmələrini istəyirdilər. SEPAH-ın bu şərtləri yerinə yetirilsə, qaçaqmalçıların fəaliyyətinə göz yumulurdu. Onlar da SEPAH-ın himayəsində olduqları üçün aşkar şəkildə işlərini görürdülər. Bunlar böyük qaçaqçılar da deyildi. Narkotik qaçaqmalçıları Azərbaycana bəzən 30 kilo, bəzən də 5-6 nəfər hərəsi 7 kq mal ilə keçirdilər. SEPAH da təbii ki, casusluq müqabilində buna göz yumurdu”.

Tarix
2023.05.25 / 11:27
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Bakı ilə İravan arasında yüzmilyonlarla ticarət...

İlham Əliyevin Pezeşkiana zəng etməsi... - Moskvadan baxış

Əliyevlə Paşinyan bu mövzularda razılığa gəldilər - Video

Bakı və Belqrad arasında siyasi məsləhətləşmələr

Netanyahu: İlham Əliyevə deyin ki, bu il... - Video

Mirzoyan avropalı diplomatla sülh prosesini müzakirə etdi

İsrail və Azərbaycan arasında memorandum imzalandı

Prezidentlər hərbçilərin birgə təlimini izlədilər - Foto/Video

Hindistanın yeni səfiri Azərbaycana gəldi - Foto

Hindistan şirkəti Bakıya uçuşları ləğv etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla