Yuxarı

Azərbaycanlılar Xudavəngə buraxılmadı? – Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlılar Xudavəngə buraxılmadı? – Video

Sosial şəbəkələrdə Azərbaycanın Alban-Udi Dini İcması nümayəndələrinin Xudavəng məbədinə buraxılmadığını əks etdirən görüntülər yayılıb.

Axar.az xəbər verir ki, görüntülərdə icma nümayəndələrinin məbədi ziyarətinə Qarabağ iqtisadi rayonunun bir hissəsinə müvəqqəti yerləşdirilən rus sülhməramlılarının icazə vermədiyi görünür.

Halbuki 23 mayda yayılan məlumatda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Alban (Qafqaz) Apostol Müstəqil Kilsəsinin varisi olan Azərbaycan Alban-Udi Dini İcmasının və qeyri-islam dini icmaların nümayəndələrinin Ermənistanın işğalından azad olunan Kəlbəcər rayonundakı Xudavəng monastır kompleksini ziyarət etdiyi haqda məlumat verilib.

Yayılan görüntü ilə bağlı saytımıza danışan Alban-Udi Dini İcmasının sədr müavini Rafik Danakari bildirib ki, sülhməramlılar əvvəlcə bu səfərdən məlumatsız olduqlarını bildiriblər:

“Ancaq Azərbaycan Müdafiə Nazirliyinin müdaxiləsindən sonra məsələ öz həllini tapdı. Azərbaycan Alban-Udi Dini İcmasının və qeyri-islam dini icmaların nümayəndələri Xudavəng məbədini ziyarət edib, dini ayinlərini icra etdilər”.

Tarix
2023.05.25 / 22:09
Müəllif
Söhrab İsmayıl
Digər xəbərlər

Rusiyadan Simonyanın Qarabağla bağlı sözlərinə cavab

Həsrətə son qoyuldu, bu, misilsiz bir duyğudur

Bakıda keçirilən dünya çempionatı başa çatdı - Video

Şuşanın azad olunmasından 6 il ötür

Azərbaycanda Zəfər Günü qeyd olunur

Ruslara yalvardım ki, müharibəni dayandırın, biz qardaşıq

Paşinyandan etiraf: İlham Əliyevlə söhbətlər zamanı…

Ərdoğan sabah Qarabağa gəlir

Azərbaycanla bağlı qürur hissi keçirirəm - Süleymenov

Prezident Qarabağ müharibəsindən görüntülər paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla