Baş Prokurorluq və Daxili
İşlər Nazirliyinin Zaqatala sakininin iki əlini kəsən şəxslərin
həbs olunması haqda məlumat yayıb.
Baş Prokurorluqdan Axar.az-a verilən məlumata görə, noyabrın
28-də Zaqatala rayon sakini Vüsal Bəşirovun həmkəndliləri
tərəfindən qəsdən öldürülməsinə cəhd faktına görə rayon
prokurorluğunda cinayət işi başlanıb, hadisə yerinə baxış
keçirilib, cinayətin aləti olan balta maddi sübut kimi götürülüb,
iş üzrə müvafiq ekspertizalar təyin edilib və digər zəruri
istintaq-əməliyyat hərəkətləri həyata keçirilib:
"Müəyyən edilib ki, qeyd edilən tarixdə radikal dini
təriqətlərdən birinə mənsub rayon sakinləri Rəşad Tahirov və Araz
Musayevaralarında əldə olunan razılığa əsasən həmyerliləri Vüsal
Bəşirovu şəriət qanunları ilə cəzalandırmaq məqsədi ilə əvvəlcədən
balta alıb ağzını itilədərək özlərinə məxsus mağazada gizlədib,
sonra onunla görüşüb kirayədə yaşadıqları evə aparıb, Araz Musayevə
olan borcunu vaxtında qaytarmadığına görə döyüb, əllərini,
ayaqlarını və ağzını yapışqanlı lentlə bağlayaraq tanışları Akif
Mustafayevin idarə etdiyi minik avtomobili ilə şəhərin "Asma körpü"
deyilən ərazisinə aparmaqla bir neçə saat qanunsuz azadlıqdan
məhrum ediblər.
İstintaq araşdırmaları ilə həmçinin R.Tahirovun qəsdən öldürmək
məqsədi ilə V.Bəşirovun ayaqlarını tutması, A.Musayevin isə
dizlərini onun çiyin nahiyəsinə qoyub özü ilə gətirdiyi balta ilə
xüsusi amansızlıqla Vüsalın hər iki əlini bilək nahiyəsindən
kəsməsi və qani itirmədən ölə biləcəyinə əmin olduqdan sonra
zərərçəkmişi əlləri və ayaqları bağlı vəziyyətdə qoyaraq hadisə
yerindən qaçmalarına dair kifayət qədər sübutlar toplanıb.
A.Musayev rayon Polis Şöbəsinə gedərək təslim olub, R.Tahirov və
A.Mustafayev isə istintaqdan gizləniblər. Polis və prokurorluq
əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və
əməliyyat-axtarış tədbirləri nəticəsində R.Tahirov və A.Mustafayev
də tutularaq istintaqa cəlb ediliblər.
R.Tahirova Cinayət Məcəlləsinin 145.2.4 (qanunsuz azadlıqdan
məhrum etmə), 29,120.2.1, 29,120.2.2 və 29,120.2.4-cü (qabaqcadan
əlbir olan bir qrup şəxs tərəfindən xuliqanlıq niyyəti ilə xüsusi
amansızlıqla qəsdən adam öldürməyə cəhd), A.Musayevə 29,120.2.1,
29,120.2.2 və29,120.2.4-cü maddələri, A.Mustafayevə isə145.2.4-cü
maddələri ilə ittiham elan edilərək barələrində rayon məhkəməsinin
qərarları ilə həbs qətimkan tədbiri seçilib".
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.