Yuxarı

Naxçıvan aeroportundakı xaosla bağlı rəsmi açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naxçıvandan Bakıya yerinə yetirilən J2-2158 reysinin bəzi sərnişinləri uçuşun təhlükəsizliyini şübhə altına alan tərzdə hərəkət nümayiş etdiriblər.

Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycan Hava Yolları QSC-də İctimaiyyətlə əlaqələr xidmətinin mətbuat katibi Nərmin Xəlilova bu gecə Naxçıvan aeroportunda baş verən xaosla bağlı danışarkən bildirib.

“Təyyarə kapitanı başda olmaqla, uçuş heyətinin ictimai asayişi pozan sərnişinləri sakitləşdirməsinə baxmayaraq, onlar ekipajın tələblərinə tabe olmayıblar. Bununla əlaqədar Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) və Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) tövsiyələrinə, Azərbaycan Respublikasının 2005-ci il 24 iyun tarixli 944-IIQ nömrəli “Aviasiya haqqında” Qanununa və normativ hüquqi sənədlərinə əsasən hava gəmisi kapitanı uçuşun təhlükəsizliyini təmin etmək məqsədilə həmin reysin yerinə yetirilməsini təxirə salıb. Yaşanan hal nəzarətə alındıqdan sonra təyyarə Naxçıvandan Bakıya yola düşüb”, - Xəlilova qeyd edib.

Qeyd edək ki, ötən gecə naxçıvan aeroportundakı xaos və özbaşınalıqla bağlı türkkiyəli sərnişin video paylaşmışdı.

Tarix
2023.07.06 / 14:33
Müəllif
Didəm Qədirova
Digər xəbərlər

İrəvan Bakıya bununla bağlı təklif göndərib - Xandanyan

İlin sonuna kimi sülh müqaviləsi imzalanacaq? - Rəsmi

Bəzi dünya liderləri COP29-da iştirak etmədi - Bayramov

Bayramovdan Paşinyanın açıqlamasına münasibət

Fransa COP29-dan imtina etdi - Bayramovdan reaksiya

Bu türk ölkəsi Bakıda 3,7 milyardlıq sazişlər imzaladı

Ümid edirik, gözləntilərə uyğun qərar qəbul olunacaq - Nazir

Əli Əsədov BMT rəsmisi ilə görüşdü

Britaniyalı nazir Bakıdan çağırış etdi: 100 milyon dollar...

İlham Əliyev Fələstin liderinə məktub ünvanladı

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla