Yuxarı

Direktor tövlədə tədris qərarı verdi, töhmət aldı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Direktor tövlədə tədris qərarı verdi, töhmət aldı - Video

Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 3 saylı tam orta məktəbin ərazisi baxımsız vəziyyətdədir.

Axar.az xəbər verir ki, məktəbin ərazisində mal tövləsi yerləşir. Bu hal isə valideynlərin narahatlığına səbəb olub.

Məsələ ilə bağlı saytımıza açıqlama verən Abşeron-Xızı Regional Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Səbinə Məmmədova bildirdi ki, Abşeron rayonu Qobu qəsəbəsindəki 3 nömrəli tam orta məktəbin mövcud binasının əsaslı təmiri və əlavə korpusun tikintisi nəzərdə tutulub:

“Layihələndirmə işləri artıq başa çatıb. Hazırda elan edilmiş tenderin nəticəsinə əsasən noyabrın əvvəlində ilkin olaraq 528 şagird yerlik yeni binanın tikintisi həyata keçiriləcək. Daha sonra mövcud bina əsaslı təmir olunacaq.

Əlavə olaraq bildiririk ki, məktəb direktoru sinif komplektinin çox olmasını əsas gətirərək regional təhsil idarəsi ilə razılaşdırmadan bir neçə sinfin məktəbə yaxın binaya yerləşdirilməsi barədə qərar verib və bu da valideynlərin narazılığına səbəb olub. Bununla bağlı məktəb direktoruna intizam tənbeh tədbiri tətbiq edilib.

Hazırda uşaqlar məktəbə qaytarılıb və birinci gündən orada tədrisə davam edəcəklər”.

Tarix
2023.09.18 / 15:11
Müəllif
Didəm Qədirova
Digər xəbərlər

İlham Əliyev İsrail prezidenti ilə görüşdü

Hakan Fidan Bakıya gəldi

Prezident və xanımı onlarla görüşdü

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı öldü

Qətər əmiri də Bakıya gəldi

İlham Əliyev Çinin XİN rəhbəri ilə görüşdü

İlham Əliyev Vicita Heratı qəbul etdi

Təyyarə və helikopterlərin uçuşları həyata keçirildi - Video

32 nəfər Almaniyadan Azərbaycana gətirildi

İmaməli Rəhman Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla