Yuxarı

Prezidentin saytına saniyədə 4 milyon hücum olub

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan ərazisində antiterror tədbirlərinə başlayandan bəri bir sıra dövlət qurumlarına kiberhücumlar olub.

Axar.az xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) idarə rəisi Tural Məmmədov Beynəlxalq Kibertəhlükəsizlik Günləri Konfransında (İCSD 2023) bildirib.

"Təkcə Prezidentin rəsmi saytına saniyədə 4 milyondan çox DDoS (Denial-Of-Service Attack) hücum qeydə alınıb”, - T. Məmmədov qeyd edib.

Onun sözlərinə görə, XRİTDX-in mütəxəssisləri onların qarşısını alır:

“Bu istiqamətdə fəaliyyətimizi gücləndirilimiş rejimdə davam etdiririk”.

Xatırladaq ki, Azərbaycanın sentyabrın 19-20-i tarixlərində keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri təslim olublar. Razılaşmaya əsasən, Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərk-silah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.

Tarix
2023.09.21 / 12:25
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan faktları təqdim etdi, araşdırdıq ki… - Qriqoryan

Niyə yeni Papa amerikalı seçildi? - Çin faktoru…

Ermənistan və Azərbaycan arasında müharibə... - Paşinyan

Pakistanın İsrailə zərbəsi o qədər güclü olacaq ki... – Arkov

Prezident faşizmlə mübarizədə həlak olanların xatirəsini andı

Prezident və xanımı Fəxri xiyabanda...

Anqola lideri İlham Əliyevə zəng etdi

Pərviz İbadullayevə SOCAR-da yüksək vəzifə verildi

İlham Əliyevdən qələbə ilə bağlı paylaşım - Foto

Qələbənin 80-ci ildönümüdür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla