Yuxarı

Paşayeva AQDİM rəhbərliyi ilə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva növbəti vətəndaş qəbulu günündə Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin (AQDİM) rəhbərliyi ilə görüşüb.

Axar.az xəbər verir ki, Milli Məclisdə baş tutan görüşdə AQDİM-in fəaliyyəti, uğurları və planları barədə fikir mübadiləsi aparılıb, bu sahə üzrə maarifləndirmənin, qan donorluğu mədəniyyətinin daha da yayğınlaşdırılmasının önəminə vurğu edilib.

Mərkəz rəhbərliyi irsi qan xəstəliyindən əziyyət çəkən insanlara və ümumilikdə qan donorluğunun inkişafına davamlı diqqət-qayğısına görə MM Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevaya Mərkəzin İdarə heyətinin Fəxri Üzvü sənədini təqdim edib.

Komitə sədri diqqət üçün AQDİM rəhbərliyinə təşəkkür edib, nəcib çalışmalarında yeni uğurlar arzulayıb.

Görüşdə Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi İdarə Heyətinin sədri Fuad Rəsul, AQDİM-in icraçı direktoru Kamil Hüseynov, AQDİM sədrinin müşaviri Orxan Hüseyn və Mərkəz sədrinin köməkçisi Nəzrin Babayeva iştirak edib.

Tarix
2023.09.21 / 14:37
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan faktları təqdim etdi, araşdırdıq ki… - Qriqoryan

Niyə yeni Papa amerikalı seçildi? - Çin faktoru…

Ermənistan və Azərbaycan arasında müharibə... - Paşinyan

Pakistanın İsrailə zərbəsi o qədər güclü olacaq ki... – Arkov

Prezident faşizmlə mübarizədə həlak olanların xatirəsini andı

Prezident və xanımı Fəxri xiyabanda...

Anqola lideri İlham Əliyevə zəng etdi

Pərviz İbadullayevə SOCAR-da yüksək vəzifə verildi

İlham Əliyevdən qələbə ilə bağlı paylaşım - Foto

Qələbənin 80-ci ildönümüdür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla