Yuxarı

Qənirə xanım hamımızı heyrətləndirirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qənirə xanım hamımızı heyrətləndirirdi

Onun tükənməz enerjisi hər kəsi heyrətləndirirdi. Saysız-hesabsız xarici səfərlərdən, mədəniyyət xadimləri ilə, seçiciləri də daxil, sadə vətəndaşlarla, media nümayəndələri ilə, hər kəslə görüşlərdən yorulmurdu. Çalışırdı həm dövlətimizə, həm də insanlarımıza mövcud imkanları çərçivəsində kömək etsin. Allah bu insanı xeyirxahlıq üçün yaratmışdı.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın vəfatı ilə bağlı deyib.

“Qənirə xanımı xarakterizə etmək, onun daxili dünyasını insanlarımıza çatdırmaq üçün söz tapmaq çətindir. O, səmimiyyəti, çalışqanlığı, istedadı, güclü məntiqi, prinsipiallığı, cəsarəti ilə ictimai-siyasi həyatda özünəməxsus yer qazanmışdı. Yenilikçi idi, sanki həyatının qısa olacağını bilib tələsirdi. Onu tanıyanlar Qənirə xanımı özlərinə doğma bilir, ümid yeri kimi baxırdılar. Bu insanı yaxından tanıyıb ona rəğbət bəsləməmək mümkün deyildi. O, sanki xeyirxahlığın, vətənpərvərliyin və işgüzarlığın etalonu idi.

Yaxınlarına və ailə üzvülərinə, onu sevənlərə dərin hüznlə başsağlığı veririəm. Tək təsəllimiz o ola bilər ki, canından çox sevdiyi torpaqlarımızın, Qarabağımızın işğaldan azad olunmasını gördü. Çox istərdim ki, Qənirə xanım ölümündən sonra da olsa vətən qarşısında xidmətlərinə görə ölkəmizin ali ordenlərindən biri ilə təltif olunsun.

Allah rəhmət eləsin, yerin behişt etsin. Amin!” – o bildirib.

Qeyd edək ki, millət vəkili Qənirə Paşayeva bu gün müalicə aldığı Mərkəzi Klinik Xəstəxanada 48 yaşında dünyasını dəyişib.

Tarix
2023.09.28 / 23:30
Müəllif
Axar.az
Digər xəbərlər

BTQ istismara verildi

Enerji strategiyası ölkənin inkişaf modelini formalaşdırdı

Ankara-İrəvan yaxınlaşması nə vəd edir? – “Stratfor”

İlham Əliyev İtaliya prezidentini təbrik etdi

İran bu 3 tələbdən çəkilməyəcək – Türk general

Tramp onu Azərbaycana səfir göndərmək istəyir

Pezeşkianla bağlı müəmmalı xəbər: İranda nə baş verir?

Azərbaycan XİN İtaliyanı təbrik etdi - Foto

Regional enerji əməkdaşlığının yeni mərhələsi formalaşır

Qərb və Rusiya Ermənistanda 7 iyunda “yarışacaq”

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla