Telefonsuz qalmaq qorxusu...
02:12
Ana səhifə Toplum |
Bakının bəzi küçələrində güclü tıxac var.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Axar.az-a verilən
məlumatda bildirilir ki, hazırda General Əliağa Şıxlınski, Əziz
Əliyev, Akademik Həsən Əliyev küçələrində, Ziya Bünyadov və Azadlıq
prospektlərində avtomobillərin hərəkətində məhdudiyyət var.
Asfalt örtüyünün yenilənməsi və təmir işləri ilə əlaqədar Ceyhun
Səlimov küçəsi, Hərbi hospitalın yaxınlığı, Neftçilər prospektinin
R. Rza küçəsi ilə kəsişməsi, Alfred Nobel – K. Kərimov küçəsi
istiqamətində avtomobillərin hərəkəti tamamilə
məhdudlaşdırılıb.
Sürücülərə alternativ yollardan istifadə etmək tövsiyə olunur.
Tarix
2016.01.18 / 10:56
|
Müəllif
Axar.az
|