Yuxarı

Bakıda qar yağacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda qar yağacaq

Yanvarın 24-dən 27-dək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, yanvarın 25-dən isə sulu qara, qara keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axar.az-a verilən xəbərə görə, yağıntının bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var.

Yanvarın 25-26-da güclü şimal-qərb küləyi əsəcək. Yolların buz bağlayacağı ehtimalı var.

Temperatur ötən günlərlə müqayisədə tədricən 6-8 dərəcə aşağı enəcək.

Yanvarın 23-ü axşamdan 27-si gündüzədək ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi, yağış, sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

Temperatur ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək. Ayrı-ayrı yerlərdə güclü qərb küləyi əsəcək. Çovğun olacağı, yolların buz bağlayacağı ehtimalı var.

Tarix
2016.01.22 / 13:26
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla Rusiya arasında kritik görüş

Köçəryan Azərbaycanla bağlı "vəd" verdi

İqor Babuşkin Mehriban Əliyevaya məktub göndərdi

Nizami Gəncəvi Mərkəzinin üzvlərindən məktub

20 yaşlı gənc bu gün ADU-ya rektorluq etdi - Foto

Bu ölkə prezidenti İlham Əliyevi səfərə dəvət etdi

Prezident Azərbaycanla bağlı bu sözü ilk dəfə dilə gətirdi

Afrika Günü ilə bağlı konfrans keçirildi

Rubionun İrəvan səfərində gizli missiyası: ABŞ-ın planı...

Prezidentdən qərar: Bu kreditlərin faizləri...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla