Yuxarı

Türkdilli ölkələrin diasporları bir araya gəldi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkdilli ölkələrin diasporları bir araya gəldi

Bu gün İstanbulda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası Təmas qrupunun növbəti toplantısı keçirilib. Diaspor üzrə Dövlət Komitəsindən verilən xəbərə görə, toplantıda Türkdilli diasporların birgə fəaliyyət planı müzakirə edilib.

"Axar.az" xəbər verir ki, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının sədri Halil Akınçı gündəmdə duran məsələlərlə bağlı məlumat verib. Toplantıda dünyanın müxtəlif regionlarında Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatlarının ortaq mərkəzlərinin qurulması qərara alınıb. Bundan başqa, üzv ölkələrin gəncləri arasında əlaqələrin qurulması məqsədilə Gənclər Komissiyasının yaradılması üçün müvafiq layihənin hazırlanması barədə razılığa gəlinib. Müzakirələrdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədən olan tələbələr, jurnalistlər, ədəbiyyat adamları və sənətçilərin Türkiyəyə səfərlərinin təşkili barədə Təmas qrupunda təmsil olunan Türkiyə nümayəndələrinin təklifi qəbul olunub.

Təmas qrupunun "Türkdilli ölkələrin ortaq strateji maraqları və bölgəmizdəki rolu" mövzusunda beynəlxalq konfransın keçirilməsi barədə təklifi də yekdilliklə qəbul edilib. Toplantıda, həmçinin, 2014-cü ildə Bakıda "1918-1920-ci illərdə Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq" mövzusunda tarixçi alimlərin iştirakı ilə elmi-praktiki konfransın keçirilməsi barədə də qərar qəbul olunub.

Dünyanın nüfuzlu universitetlərində Türk dilləri kafedralarının yaradılması ilə bağlı "Türkdilli diasporların birgə fəaliyyət planı"nda öz əksin tapmış müddəa da toplantıda geniş müzakirə olunub. Qərara alınıb ki, bununla əlaqədar ortaq komissiya yaradılsın və gələcəkdə belə kafedraların təşkili üçün müvafiq təkliflər hazırlansın.

Aparılan müzakirələrin nəticəsi olaraq təkliflər nəzərə alınmaqla, "Türkdilli diasporların birgə fəaliyyət planı" qəbul olunub.

Tarix
2014.02.03 / 16:15
Müəllif
Fərqanə Vəkilova
Digər xəbərlər

Bayramov BƏƏ-nin dövlət naziri ilə görüşdü

Rusiyadakı səfirimiz Qaluzinlə görüşdü

Zəngəzurun əks olunduğu bu yöndəmsiz nişan…

Türkiyə F-16-ları Azərbaycanda - Foto

Məmdaninin Bakıya qarşı mövqeyinin əsl səbəbi...

Rusiya hücumu zəiflədi - Ukrayna güclənir?

Trampa hücum: niyə zaldan ilk olaraq Vens çıxarıldı?

Azərbaycan Çexiyada ən iri neft təchizatçısıdır...

Trampa qarşı edilən hücum oyun idi? - Ağar

Azərbaycan-Çexiya tərəfdaşlığında yeni mərhələ başlayır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla