Yuxarı

Prorektoru öldürtdürən hazırkı direktor kimdir? - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prorektoru öldürtdürən hazırkı direktor kimdir? - Foto

Xəbər verdiyimiz kimi, AMEA İqtisadiyyat İnstitutunun icraçı direktoru Müşfiq Atakişiyevin vaxtilə rektoru olduğu Təfəkkür Universitetinin prorektoru Tariyel Əhmədovun 2011-ci ildə qətlini sifariş etdiyi üzə çıxıb və o, vəzifədən çıxarılaraq, həbs edilib.

Axar.az xəbər verir ki, M.Atakişiyev həbs olunana qədər AMEA İqtisadiyyat İnstitutunun icraçı direktoru, AMEA İqtisadiyyat İnstitutu Müdafiə Şurasının üzvü, AMEA İqtisadiyyat İnstitutunun “İqtisadi Artım və İctimai Rifah” jurnalının baş redaktor müavini işləyib.

Müşfiq Atakişiyev 1966–cı ildə İmişli rayonunun Ağaməmmədli kəndində anadan olub. 1990-cı ildə Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) İqtisadçı mühəndis fakültəsini fərqlənmə diplomu ilə bitirib. O, ali təhsilini başa vurduqdan sonra təyinatla həmin fakültədə stajyor kimi saxlanılıb. 1996–cı ildə “Neft qaz quyularının istehsal gücündən istifadənin səmərəliliyinin artırılmasının ehtiyat mənbələri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi alıb. 1996-cı ildən Neft və Qaz Sənayesinin İqtisadiyyatı kafedrasında dosent vəzifəsində fəaliyyət göstərib. 1999-cu ildə “Neftçıxarmada istehsal potensialından istifadənin iqtisadi problemləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

2005-ci ildən Azərbaycan Ali Attestasiya Komissiyasının qərarı ilə professor adına layiq görülüb.

2008-2010-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının iqtisadiyyat üzrə ekspert komissiyasının sədri olub.

2022-ci ildən AMEA İqtisadiyyat İnstitutunun icraçı direktoru vəzifəsində çalışır.

Azərbaycan, rus, ingilis dillərini mükəmməl bilən alim 90-a yaxın elmi metodik əsərin, 15 monoqrafiyanın müəllifidir. Həmçinin onun elmi rəhbərliyi altında 2 nəfər doktorluq, 16 nəfər isə namizədlik dissertasiyası müdafiə edib.

2000-ci ildən Beynəlxalq İnformatizasiya Akademiyasının həqiqi üzvüdür. 2000-2014-cü illərdə Azərbaycan Dövlət Neft Akademiyasının Maşınqayırma sənayesinin iqtisadiyyatı və menecment kafedrasının müdiri vəzifəsində işləyib. Təfəkkür Universitetinin rektoru vəzifəsində çalışıb.

Mükafatları isə bunlardır:

- Azərbaycan Respublikası Təhsil Nazirliyi “Fəxri Fərmanı”;

- Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası “Fəxri Fərmanı”;

- “Demokratik Azərbaycanlılar” İctimai Mərkəzi tərəfindən “Qızıl Buta” Müstəqil Milli Mükafatı;

- “Bilik” Maarifçilik,Mədəniyyət və İnformasiya Mərkəzi tərəfindən Akademik Yusif Məmmədəliyev adına medal.

Tarix
2023.11.16 / 11:12
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Hakan Fidanla Ər-Riyadda görüşdü

Prezidentin Xanobaya səfəri ilə bağlı paylaşım... - Video

SEPAH və “Bəsic” üzvlərinə İsraildən bu mesaj gəldi

Alyona Əliyeva Novruz yarmarkasını ziyarət etdi

SEPAH yeni hədəfini elan etdi: Bölgə od içində qalacaq!

Mənsimov Monteneqrodan Azərbaycana ekstradisiya edildi

Hikmət Hacıyev Makronun müşaviri ilə görüşdü

Bu, böyük xoşbəxtlikdir - İlham Əliyev

Laricani öldü - İranda nə dəyişəcək?

İranın Azərbaycandakı səfirinin evi vuruldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla