Yuxarı

Duzdağda kinoteatr yaradılacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Duzdağda kinoteatr yaradılacaq

Duzdağ fizioterapiya mərkəzində kinoteatr, kiçik konfrans zalı, uşaq oyun parkı, duz içərisində restoran, meditasiya ərazisi, SPA salonu, gözəllik mərkəzi, mağaza və duz muzeyi yaradılacaq.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu Muxtar Respublikanın səhiyyə nazirinin vəzifəsini icra edən Samiq Sadıqov media nümayəndələri ilə görüşündə deyib.

S.Sadıqov bildirib ki, mərkəzdə eyni zamanda duzun üstündə ayaqla yerimək üçün cığırların yaradılması ilə bağlı layihələndirmə işlərinə də başlanılıb:

"Növbəti ilin əvvəlində bu prosesin həyata keçirilməsi ilə əlaqədar tender elan olunacaq. İlin ortasında bu məsələ həyata keçiriləcək. Bundan başqa, Duzdağın dünya arenasında tanıdılması məqsədilə iki beynəlxalq quruma sertifikat almaq üçün müraciət edilib. Birindən sertifikat alınıb, digəri isə birillik prosesdir. Yəni ildə 4 dəfə üç aydan bir yoxlamalarla proses tam şəkildə həyata keçiriləcək. Bundan sonra Naxçıvanda beynəlxalq əhəmiyyətli pulmonoloq və allerqoloqların konfransı keçirməklə Duzdağın dünyada təbliğinə çalışırıq".

Tarix
2023.11.21 / 18:23
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənilər Azərbaycan ərazisində qanunsuz tikintiyə hazırlaşır

40 günlük hədəf: Rusiya “darmadağın” olacaq?

Zakir Həsənov Asim Munirə başsağlığı verdi

Ukraynanın kütləvi hücumunun “2 səbəbi”...

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla