Yuxarı

Təbiətə 6 milyonluq ziyan vuruldu - Araşdırma

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qanunsuz qum-çınqıl və əhəngdaşı hasilatı faktları üzrə cinayət işi başlanıb.

Bu barədə Axar.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində respublikanın 8 rayon və şəhərində qanunsuz qum-çınqıl və əhəngdaşı hasilatı, habelə torpaq sahəsinin qanunsuz zəbt edilməsi faktları ilə bağlı araşdırma aparılıb.

Tərtər rayonu ərazisində yerləşən ”Tərtərçay”, İmişli rayonu ərazisində yerləşən “İmişli”, Yevlax rayonu ərazisində yerləşən “Mingəçevir”, Quba rayonu ərazisində yerləşən “Qudyalçay”, Mingəçevir şəhəri ərazisində yerləşən “Mingəçevir” qum-çınqıl yatağında, eləcə də, Xəzər rayonu ərazisində yerləşən “Türkan-I”, Qaradağ rayonu ərazisində yerləşən “Gülbaxt”, Abşeron rayonu ərazisində yerləşən “Güzdək” əhəngdaşı yatağında, müxtəlif hüquqi və vəzifəli şəxslər tərəfindən səlahiyyətlərindən sui-istifadə edilərək mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi zəbt edilməsi və qanunsuz qum-çınqıl hasilatı işlərinin aparılması nəticəsində təbiətə ümumilikdə 6 milyon manatdan artıq ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Cinayət Məcəlləsinin 188.1 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 255.1, 255.2 (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün Baş Prokurorluğun İstintaq idarəsinə göndərilib.

Tarix
2023.11.27 / 15:02
Müəllif
Axar.az
Digər xəbərlər

Silahlar Xankəndidən və Ermənistandan gətirilirdi - Babayan

Bayramov Vu Honqbo ilə görüşdü

Köçəryan və Sərkisyan Bakıya təhvil verilə bilər? - Paşinyan

Makron alqışladı: Bakı və İrəvanın razılaşması...

Avstriya Bakı-İrəvan razılaşmasını alqışlayır

Bakının Konstitusiya dəyişikliyi tələbi… - Paşinyan

Bakı və İrəvan sülh sazişini bu ölkədə imzalasın!

Rusiya qayıdır, Nikol tələsməlidir: Sülh üçün son addım…

Rəsmi İrəvan Bayramovun bu açıqlamasını təsdiqlədi

Prezident Bakıda mühüm forumda iştirak etdi - Foto

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla