Yuxarı

İlham Əliyev 2 fərman imzaladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

13:20

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Energetika Nazirliyi və Çin Xalq Respublikasının Milli Enerji Administrasiyası arasında energetika sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında fərman imzalayıb.

Axar.az fərmanın mətnini təqdim edir:

1. 2023-cü il oktyabrın 17-də Pekin şəhərində imzalanmış “Azərbaycan Respublikasının Energetika Nazirliyi və Çin Xalq Respublikasının Milli Enerji Administrasiyası arasında energetika sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Energetika Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Çin Xalq Respublikası Hökumətinə bildiriş göndərsin.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 765, № 9, maddə 1650, № 10, maddə 1789, № 12 (I kitab), maddələr 2314, 2321; 2018, № 1, maddə 54, № 2, maddələr 200, 219, № 3, maddələr 416, 430, 448, № 5, maddələr 916, 919, № 6, maddə 1243, № 9, maddələr 1828, 1840, № 11, maddələr 2274, 2289, № 12 (I kitab), maddələr 2540, 2587, 2601; 2019, № 1, maddə 82, № 2, maddə 216, № 3, maddə 431, № 4, maddə 620, № 5, maddələr 819, 824, 835, 866, № 7, maddə 1221, № 8, maddə 1388, № 10, maddələr 1581, 1587, № 11, maddələr 1700, 1710; 2020, № 3, maddə 252, № 5, maddələr 538, 564, № 6, maddələr 710, 714, № 7, maddələr 865, 880, № 8, maddə 1032, № 11, maddə 1345, № 12 (I kitab), maddə 1484; 2021, № 1, maddə 33, № 6 (I kitab), maddə 566, № 8, maddə 921, № 12, maddələr 1407, 1423; 2022, № 4, maddələr 305, 306, 323, 329, № 7, maddə 728, № 10, maddə 1146, № 11, maddələr 1251, 1267, 1269; 2023, № 1, maddələr 66, 97, № 3, maddələr 346, 375, № 4, maddələr 472, 483, 505, № 6, maddə 795, № 7, maddələr 946, 953, № 8 (I kitab), maddələr 1139, 1166, 1172, 1179, 1180, № 9, maddə 1284) ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”na aşağıdakı məzmunda 9-1-ci hissə əlavə edilsin:

“9-1. Məcəllənin 184.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol:

9-1.1. inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası adından – Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri;

9-1.2. vergi nəzarəti zamanı aşkar edildiyi hallarda Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi adından – bu Siyahının 32.1-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər.”.

Tarix
2023.12.04 / 13:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Səttar Möhbalıyev vəzifədən gedərkən nə istəyib?

UNFCCC-nin texniki missiyası COP29-a görə Bakıda - Foto

Mehriban Əliyevadan Zəkiyevlə bağlı paylaşım

Bu fikirlər qurumun rəsmi mövqeyi sayılmamalıdır - Hüseynova

COP29-a hazırlıq nə yerdədir? - Nazir müavini

Azərbaycan XİN Braziliyanı təbrik etdi

Ağardan Zəngəzur açıqlaması: İranın qorxusu...

İlham Əliyev 2 fərman imzaladı

Hərbçilərə verilən kreditlərə maliyyə dəstəyi göstəriləcək

İrandan Zəngəzur dəhlizinə qarşı növbəti bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla