Yuxarı

Azərbaycana gələn turistlərin sayı açıqlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il Azərbaycanda Milli Parkların ərazisinə daxil olan turistlərin sayı 75000 nəfər olub. Onlardan 1050 nəfəri xarici, 73950 nəfəri isə yerli vətəndaşdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, hazırda ölkədə ümumi sahəsi 892546,49 hektar olan xüsusi mühafizə olunan təbiət ərazisi, o cümlədən, 9 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir.

Ümumilikdə, xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,3 faizini, milli parklar isə 3,7 faizini təşkil edir. 2015-ci il ərzində xüsusi mühafizə olunan təbiət ərazilərində qeydə alınmış qanun pozuntusu faktlarına görə təqsirkarlara qarşı 815 akt və 263 protokol tərtib olunub.

Qanun pozucularına görə inzibati qaydada 169630 manat məbləğində cərimə tətbiq edilib. Tədbir görülməsi üçün 18 iş hüquq mühafizə orqanlarına, 149 iş isə aidiyyəti üzrə rayon məhkəmələrinə və icra bölmələrinə göndərilib. O cümlədən, cari il ərzində qanunsuz ovla bağlı xüsusi mühafizə olunan təbiət ərazilərində və ovçuluq təsərrüfatlarında brakonyerliklə məşğul olan şəxslərə qarşı 63 akt və 63 protokol tərtib edilərək, onlardan 57 ov silahı və 250 patron götürülüb.

Təqsirkar şəxslərə qarşı 67800 manat məbləğində cərimə tətbiq edilib. Ovçuluq Təsərrüfatlarının İdarə Edilməsi və Ovçuluq Fəaliyyətinə Dövlət Nəzarəti Xidməti tərəfindən 11 akt və 11 protokol tərtib edilərək, qanun pozucularına qarşı 8400 manat məbləğində cərimə və iddia tətbiq olunub.

Tarix
2016.01.29 / 10:19
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

Əliyevlə Fiko mətbuata bəyanatlarla çıxış etdi

Robert Fikonun şərəfinə rəsmi nahar verildi

Əsədov Qəhrəmanmaraşda: Tapşırıqlar verdi - Foto

Paşinyan: Bakı ilə bu tarixdə sülh bağlayacağıq - Təcili

ABŞ Libbini niyə dərhal Şuşaya göndərdi? - Şok səbəb

İrəvanın təhlükəsizlik doktrinası dəyişdirilməlidir

Erməni yürüşçilərə güc tətbiqi... - DİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla