Yuxarı

Jurnalist bacısının intiharı ilə bağlı şok – İddialar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bacım ya həddindən artıq cəsarətli olub ki, belə bir şeyə gedib, ya da o qədər zəif olub ki, ona deyilən hansısa söz incidib, qəlbini qırıb.

Axar.az xəbər verir ki, bunu Kooperasiya Universitetinin tələbəsi, özünü asan 23 yaşlı Nigar Vahabovanın bacısı Aytac Vahabova deyib.

İctimai Televiziyanın əməkdaşı olan A.Vahabova Atv.az-a bildirib ki, saytlar bacısının ölümü ilə bağlı müxtəlif səbəblər yazırlar: "Hamısı səhv, yalan məlumatlardır.

Bacım sadəcə getmək istədi, getdi, səbəbsiz... Heç nə demədi. Bütün gün əlaqəmiz olub, mənə yazırdı, gülürdük, danışırdıq. Hər şey yaxşı idi, bir anın içində oldu.

Deyirlər, guya, maddi problemi olub. Onun necə maddi problemi ola bilər? Özünə maşın almaq üçün behini vermişdi, 3 gün əvvəl universitetin təhsil haqqını ödəmişdi, qiyabi oxuyurdu.

Ailəmiz elə ailədir ki, heç vaxt söz-söhbət olmur. Hamımız digərimiz üçün canımızı verməyə hazırıq. Sadəcə, onun da alın yazısı bu qədər imiş. Həyatında heç kim yox idi, yəni sevgilisi, danışdığı... Ancaq karyera qurmağı düşünürdü".

A.Vahabovanın sözlərinə görə, bacısı bir müddət "İki sahil" qəzetinin korrektoru kimi çalışıb: "Sonra xarici şirkətdə işləyirdi. Çox kövrək idi Nigar. Kimsə kiminsə xətrinə dəyəndə ağlayırdı. Çox qorxurdu hər zaman davadan, söz-söhbətdən, bəlkə də bu, səbəb oldu. Amma həmişə yanımızda idi, heç kimlə problemi olmamışdı.

Biz dünən bütün gün danışmışıq. Son olaraq 2-3 saat ərzində əlaqə itdi. Həmişə telefonu kənara atırdı, sonra gəlib görürdü ki, kimsə zəng vurub. Ona görə əvvəl fikirləşdim ki, yəqin zəngimi görmür. Düşündüm, həmin müddətdə ingilis dilinə gedirdi deyə, dərsləri ilə məşğuldur. Sonra xəbər çıxmadıqca narahat olduq, evə gəldik. Biz evə gələndə artıq gec idi. Yanında heç kim olmayıb.

Hamımız işdə olmuşuq, qardaşım da orta məktəbdə oxuyur, dərsdə olub. İki bacı, bir qardaş idik. Heç birimiz onun ölümü ilə bağlı bir şey düşünə bilmirik".

Report-un əldə etdiyi məlumata görə, N.Vahabovanın sevgilisi olmuş 33 yaşlı B.Ə. istintaqa cəlb edilib. B.Ə. ailəli olub. O bir müddət əvvəl məhz N.Vahabovaya görə həyat yoldaşından boşanıb. N.Vahabovanın anası onların evlənməsinə razı olmayıb.

Ölkə.az isə yazıb ki, Nigarla oğlanın 3 illik münasibəti olub. Sonra Nigar sevgilisinin evli olduğunu öyrənib və ondan ayrılmaq qərarına gəlib.

Həmin şəxs ayrılığa razı olmayaraq Nigara təzyiq göstərib. Nigarı onda olan uyğunsuz fotoları ilə şantaj edib. Gənc qız çıxış yolunu intiharda görüb.

Nigarın meyitini ipdən asılı vəziyyətdə ilk tapan da elə həmin oğlan olub. Onun meyitini ipdən açaraq yatağa uzatdıqdan sonra təlaşla hadisə yerindən qaçıb. Qeyd edək ki, Nigar yataq otağında özünü asaraq intihar edib.

Tarix
2016.02.10 / 12:02
Müəllif
Emil Salamoğlu
Şərhlər
Digər xəbərlər

Bayramov livanlı həmkarı ilə görüşdü

Sabiq baş nazir və generaldan Başkənd əməliyyatı haqda şok

Rəsmi Bakıdan Fransaya xəbərdarlıq

İkitərəfli sülh danışıqları töhfə verir - Bayramov

4 kəndi qaytarması İrəvanın özü üçün şansdır - Türkiyə

Əli Xamenei azərbaycanlı milyarderi əfv etdi

Ermənilər qorxuda: Almatı danışıqlarının arxasındakı ölkə...

Doha Bəyannaməsi qəbul edildi: 4 kəndin qaytarılması, sülh...

Bayramov Qətərin baş naziri ilə görüşdü

253 azərbaycanlı Ermənistana aparılıb - Səmədov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla