Yuxarı

Bu sənədlərin verilməsi elektronlaşdırıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu sənədlərin verilməsi elektronlaşdırıldı

Daşınmaz əmlakın qeydiyyatı sahəsində yeni innovativ xidmətin tətbiqinə başlanılıb. Belə ki, 1 fevral 2024-cü il tarixindən texniki pasport və torpaq sahələrinə dair plan və ölçü sənədləri elektron qaydada hazırlanır.

Axar.az xəbər verir ki, əvvəllər kağız daşıyıcıda verilən texniki pasport və torpaq sahələrinə dair plan və ölçü sənədləri 1 fevral 2024-cü il tarixindən etibarən elektron qaydada təqdim olunur.

Həmin sənədlərin elektron imza ilə təsdiqlənmiş elektron nüsxəsi SMS bildirişi vasitəsilə müraciət edən şəxslərə göndərilir. Vətəndaşlar həmçinin, SMS bildirişi vasitəsilə göndərilən linkə daxil olmaqla, “Xəritədə bax” düyməsini sıxaraq daşınmaz əmlakın ünvanını da onlayn xəritədə müəyyənləşdirə bilərlər.

Çıxarışların elektron qaydada verilməsindən sonra texniki pasport və torpaq sahələrinə dair plan və ölçü sənədlərinin də elektronlaşdırılması nəticəsində hazır sənədlərin əldə edilməsi üçün xidmət məntəqələrinə gəlmək zərurəti tamamilə aradan qaldırılıb.

Tarix
2024.02.12 / 11:58
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycana girişinə qadağa qoyulan Yıldırım saxlanıldı

Vatikana dəlillər təqdim olundu: Erməni mənbələrə istinad...

Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan

Azərbaycanda bu ölkənin səfirliyi açıla bilər

Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?

Azərbaycanın nüvə silahlarının ləğvi ilə bağlı mövqeyi...

Bu şəxslərin maaşları müəyyənləşdi

Azərbaycanla Vatikan arasında mühüm sənəd imzalandı

Dövlət müəssisələri ilə bağlı vacib qərar

İlham Əliyev Nuveyslə görüşü ilə bağlı video paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla