Yuxarı

Palata sədri: “Elə bir qurum yoxdur ki…”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Palata sədri: “Elə bir qurum yoxdur ki…”

Hesablama Palatası bütün təşkilatların fəaliyyətinin qanunvericiliyə uyğunluğunun auditini həyata keçirir.

Axar.az xəbər verir ki, bu sözləri Hesablama Palatasının sədri Vüqar Gülməmmədov modern.az-a müsahibəsində deyib.

Qurum sədrinin sözlərinə görə, Palatanın fəaliyyətinə qanunazidd müdaxilə etmək yolverilməzdir:

"Palata üzvlərinin, habelə Hesablama Palatası Aparatının vəzifəli şəxslərinin xidməti vəzifələrini yerinə yetirmələri ilə əlaqədar onlara mane olmaq, təzyiq göstərmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Palata işini sərbəst şəkildə həyata keçirir və elə bir qurum yoxdur ki, işimizə müdaxilə etsin və şəffaflığın təmin olunmasına maneçilik törətsin.

Hesablama Palatası, dediyim kimi, cəmiyyətdə hansı imic daşımasından asılı olmayaraq, bütün təşkilatların fəaliyyətinin qanunvericiliyə uyğunluğunun auditini həyata keçirir. Qeyd etdiyim kimi, dövlət vəsaitlərini istifadə edən və ya dövlət gəlirlərinin formalaşmasında iştirak edən hər bir qurum Palatanın maliyyə nəzarətinin subyektidir və fəaliyyətimizə müdaxilə yoxdur".

Tarix
2016.02.15 / 17:30
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Zəmin hazırlanır: İrana hücum nə vaxt başlayacaq?

Bakı və Ankaraya qarşı planın əsas hədəfi - Akyar

Azərbaycan BMT-də mina təhlükəsi məsələsini qaldırdı

Qalibafdan sirli paylaşım: Çıx get! - Foto

TBMM-də çıxış: Əliyevi hədəf alanlar... – Video

Ərdoğanın İlham Əliyevi şəxsən dəvət etməsi... - Deputat

Vaqif Sadıqov etimadnaməsini Gi Parmelinə təqdim etdi

Azərbaycan və Norveç siyasi məsləhətləşmələr apardı

Netanyahu 5 gündən sonra gedir? – Ekspert

Türkiyə ilə sərhədin açılması üçün... - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla