Yuxarı

Xocalı soyqırımından 32 il ötür

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün XX əsrin ən böyük dəhşətlərindən olan Xocalı soyqırımından 32 il ötür.

Axar.az xəbər verir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri 366-cı motoatıcı alayın iştirakı ilə Xocalı şəhərini işğal edərək, azərbaycanlılara qarşı soyqırım aktı törədib.

Bu dəhşətli və misli-bərabəri olmayan qətliam zamanı yüzlərlə azərbaycanlı qətlə yetirilib, onlarla qadın-uşaq müxtəlif işgəncələrlə öldürülüb.

İnsanlıq tarixinə qara və qanlı ləkə kimi düşən bu soyqırım fevralın 25-də başlayır. Hücumdan əvvəl, fevralın 25-i axşam saatlarından Xocalı şəhəri toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulur. Belə bir vəziyyətdə erməni silahlılarının mühasirəsində qalan əhali yaxınlıqdakı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur olur. Lakin onların bu niyyəti baş tutmur.

Azğınlaşmış erməni cəlladları şəhəri yerlə-yeksan edir, dinc əhaliyə qanlı divan tutur.

Ümumilikdə Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfər həlak olub. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Bundan başqa, 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb, 150 nəfər isə itkin düşüb.

68 qadın və 26 uşağın taleyi bugünədək məlum deyil.

Ermənilər müxtəlif vaxtlarda Xocalı soyqırımının məsuliyyətini öz üzərlərindən atmağa çalışsalar da, hər dəfə bu cəhdləri fiyaskoya uğrayıb.

Belə ki, Ermənistanın sabiq prezidenti və Xocalı qətliamının iştirakçısı Serj Sərkisyan soyqırım aktını məşhur ingilis jurnalisti, politoloq Tomas de Vaala müsahibəsində bu sözlərlə etiraf edib:

“Xocalıya qədər azərbaycanlılar bizimlə sadəcə zarafat etdiklərini düşünürdülər. Azərbaycanlılar elə bilirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyən insanlardır. Bütün bu düşüncələri dəyişmək lazım idi. Belə də oldu”.

Bu gün Kanada, Meksika, Kolumbiya, Sudan, Peru, Pakistan, Bosniya və Herseqovina, Rumıniya, Çexiya, İordaniya, Honduras və digər ölkələrin parlamentləri, eləcə də ABŞ-ın 20-dən çox ştatı və İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı Xocalı faciəsinin soyqırım aktı kimi tanınması barədə qətnamə qəbul edib.

32 il ötməsinə baxmayaraq, Xocalı soyqırımı Azərbaycan insanın, türk dünyasının ürəyində dərin yara, Ermənistan dövlətinin alnında isə qara ləkə kimi qalıb.

Allah şəhidlərimizə rəhmət eləsin!

Tarix
2024.02.26 / 00:02
Müəllif
Axar.az
Digər xəbərlər

Bu gün Azərbaycanda Diplomatiya Günüdür

TDT baş katibi diplomatlarımızı təbrik etdi

Ümid edirik ki, tezliklə Bakı və İrəvan... - ABŞ

Pakistan XİN rəhbəri Azərbaycana təşəkkür etdi

İlham Əliyev Trampa başsağlığı verdi

Azərbaycandakı rus icması Bakını seçdi - Primakovdan etiraf

Azərbaycan sərhədində müharibə təhlükəsi: Bu gün...

Azərbaycanla barışdıqdan sonra pul sel kimi axacaq - Sukiasyan

Xankəndidə ABŞ-ın bu mesajını İrana çatdırdıq

Tramp və Netanyahu Xameneinin qətlini müzakirə edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla