Yuxarı

Nasos stansiyasında oğurluq: qəsəbə susuz qaldı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nasos stansiyasında oğurluq: qəsəbə susuz qaldı - Foto

Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi İlham Şükürov küçəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “Azərsu” ASC 26 saylı su nasos stansiyasında oğurluq hadisəsi baş verib.

Agentlikdən Axar.az-a verilən məlumata görə, naməlum şəxs və ya şəxslər stansiyanın pəncərəsindəki mühafizə barmaqlıqlarını qıraraq içəri daxil olub, 2 ədəd elektrik idarəolunma lövhəsini sökərək oğurlayıb. Həmin avadanlıqlar stansiyanın 75 kilovoltluq 2 nasos qurğusunun idarə olunmasını təmin edirdi.

Elektrik idarəolunma lövhələrinin oğurlanması səbəbindən stansiyanın fəaliyyəti dayanıb və bu gün səhər saatlarında Əmircan qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsi mümkün olmayıb.

Baş vermiş hadisə ilə əlaqədar hüquq-mühafizə orqanlarına məlumat verilib. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən ərazidə təhqiqat və araşdırma işləri həyata keçirilir.

Eyni zamanda, Azərsu ASC tərəfindən nasos stansiyasının fəaliyyətinin bərpası istiqamətində tədbirlər görülür.

Tarix
2024.02.26 / 12:47
Müəllif
Axar.az
Digər xəbərlər

Nazirlər Milli Məclisə toplanır

Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla