Ana səhifə Toplum |
Çox təəssüf ki, bəşəriyyət qanlıXocalı faciəsinə
şahidlik etdi və susdu. Xocalı faciəsi 26 fevral 1992-ci ildə
törədilməsinə baxmayaraq, bu haqda həqiqətləri, real faktları,
törədilmiş faciənin ümumi əhatəsini, bir xalqa qarşı törədilmiş
etnik soyqırımın bütün dəhşətlərini Azərbaycanın səyi, xarici
tərəfdaşlarımızın iştirakı ilə yalnız son illərdə dünyaya çatdıra,
faciəyə real qiymət verilməsinə nail ola bilmişik.
APA-nın məlumatına
görə, bunu Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə
köməkçisi Əli Həsənov "Atəşkəs" filminin təqdimatındakı çıxışında
deyib.
Ə. Həsənov bildirib ki, Heydər Əliyev hakimiyyətə qayıdana qədər -
1992-1993-cü illərdə Xocalı, 20 Yanvar qırğınlarına və digər
hadisələrə Azərbaycanda siyasi maraqlar çərçivəsində yanaşılıb, baş
verənlərə real qiymət verilməyib: "Bu faciənin əsl səbəbkarlarının
adı çəklməmişdi, hadisəni törədənlərin məqsədi bəşəriyyətə və
Azərbaycan xalqına çatdırılmamışdı. Yalnız 1993-cü ildə ümummilli
lider hakimiyyətə qayıdandan sonra Azərbaycan xalqına qarşı
törədilmiş hadisələr özünün real və hüquqi qiymətini aldı. Eyni
zamanda Azərbaycan dövlətinin ixtiyarında olan daxili, xarici
resurslar vasitəsilə bu faciə xarici ölkələrə çatdırıldı. Son 5
ildə bu iş daha intensiv həyata keçirilir. Xocalıda yaşananlar
Azərbaycan prezidentinin xüsusi proqramına uyğun olaraq,Prezident
Administrasiyası, Xarici İşlər Nazirliyi, Diasporla İş üzrə Dövlət
Komitəsi, diaspora strukturları, o cümlədən Heydər Əliyev Fondu,
Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə aparılan
"Xocalıya ədalət" kampaniyası çərçivəsində bütün dünyaya
çatdırılır. Biz dünyaya 26 fevralda Xocalıda hansı hadisələrin
yaşandığını, bunun təməlində nəyin dayandığını çatdırmaq
istəyirik.
Azərbaycan xalqına qarşı etnik soyqırım həyata keçirilib. Bunu da
hazırda Ermənistana rəhbərlik edən bəzi şəxslər, o cümlədən
Ermənistanın prezidenti də daxil olmaqla, Cənubi Qafqazda etnik
separatçılıq hərəkatını başlayan və bu fonda bütün Qafqaz,
postsovet məkanına qarışıqlıq gətirən, xalqları bir-birinə qarşı
qaldıran, etnik təmizləmə siyasəti aparan bir qrup həyata keçirib.
Biz əlbəttə, bu həqiqətləri dünyaya çatdırmaqla, heç də
Azərbaycanda və bəşəriyyətdə erməni xalqına nifrət aşılamırıq. Biz
erməni xalqını bu gün də düşmənimiz saymırıq. Amma erməni xalqının
üzərində hakimiyyətə gələn və cinayətkar Ermənistan rejimini, bu
rejimə rəhbərlik edən cinayətkar insanları dünyaya tanıtmaq
istəyirik. Erməni xalqının özü də bu insanlardan az çəkməyib."
Ə. Həsənov bildirib ki, tarix boyu mövcud olan imperiyalar arasında
müharibələr yaşanıb, Cənubi Qafqaza demək olar ki, əksər
imperiyaların qoşunları ayaq basıb: "Bu ordular ayrı-ayrı vaxtlarda
Azərbaycanı da işğal ediblər. Amma Cənubi Qafqaza ayaq basan heç
bir qoşun ermənilərin törətdiyi vəhşilikləri törətməyib, bir
gecənin içində bu qədər insana divan tutmayıb. Heç bir imperiya
burada xalqlar arasında qırğınlara rəvac verməyib, bunu Cənubi
Qafqaza yalnız ermənilər gətirib. Ermənilər özləri də bu
qırğınlardan az çəkməyiblər, amma bütün dövrlərdə xalqları
bir-birinə savaşdıraraq, bundan öz siyasi ambisiyaları üçün
istifadə ediblər. Bizim dünyaya çatdırmaq istədiyimiz həqiqətin
təməlində bir də bu dayanır".
O, Azərbaycan prezidenti İlham Əliyevin dəfələrlə beynəlxalq
tribunalardan Ermənistan-Azərbaycan münaqişəsi, Dağlıq
Qarabağproblemi və onun fəsadlarına qiymət verdiyini xatırladıb:
"Dövlət başçısı Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi
və sivil dünyaya meydan oxuyaraq bu gün bəşəriyyətin iradəsinə
qarşı çıxması tendensiyasını dünyaya çatdırıb.
BMT-nin 4 qətnaməsini Ermənistan neçə illərdir ki, həyata keçirmir.
Bu nə deməkdir? Bu o deməkdir ki, BMT və dünya birliyi həqiqət
axtarışlarına hələ də lazımı dəstək verə bilmir. Bu o deməkdir ki,
BMT hələ də öz funksiyalarını sona qədər yerinə yetirib, xalqların,
dövlətlərin, millətlərin bu təşkilata etimad üzərində qurulmuş
dünya idarəçilik sistemini lazımı səviyyəyə qaldıra bilmir. Bu o
deməkdir ki, BMT-nin də bilavasitə iştirakı ilə yaranmış Minsk
Qrupu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağmünaqişəsinə ikili
standartlar çərçivəsindən yanaşaraq, haqqı haqq, nahaqqı nahaq kimi
dəyərləndirə bilmir. Bütün bunların nəticəsidir ki, 24 ildir, biz
Dağlıq Qarabağ faciəsinin nəticələrini aradan qaldıra, öz
yurd-yuvasından didərgin salınmış Azərbaycan vətəndaşlarını geri
qaytara, Cənubi Qafqazda sülhə, barışa nail ola bilmirik. Bunun da
fəsadları bölgəni, Avropanı və dünyanı bürüyüb".
Ə. Həsənov son 25 ildə Cənubi Qafqazda yaşanan proseslərin, real
həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini
vurğulayıb: "Bununla, gələcəkdə belə hadisələrin təkrarlamasının
qarşısını almalıyıq. Xüsusi vurğulamaq istəyirəm ki, biz bütün bu
hadisələri bəşəriyyətə çatdırmaqla, hər il bunların ildönümünü qeyd
etməklə, son 5 ildə ciddi nəticələr verən bu kampaniyaları
aparmaqla, bundan sonra belə hadisələrin baş verməsinin qarşısını
almaq istəyirik. Erməni xalqının özünü də törətdikləri, onları
təmsil edən, mandatını almış insanların əməlləri ilə tanış etmək
istəyirik. İstəyirik ki, bir daha belə bəşəri cinayətlər baş
verməsin, xalqlar məskunlaşdığı ərazidə sülh, qarşılıqlı anlaşma
şəraitində yaşasın, onların arasına nifaq salınmasın, müharibələr
törədilməsin".
Tarix
2016.02.17 / 16:07
|
Müəllif
Axar.az
|