Yuxarı

100 min insanın həyatı təhlükədədir - Azərbaycanda

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı və Abşeronu nəzərə almasaq, ölkə ərazisində 100 mindən çox əhalisi olan 350-360 yaşayış məntəqəsi sürüşmə təhlükəli zonada yerləşib.

Bunu Publika.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə deyib.

Onun sözlərinə görə, respublika ərazisinin 24-25%-i sürüşmə təhlükəli zonadır:

"Ərazimiz tarixən sürüşmə zonası sayılsa da, onların miqyas və ölçülərinin artmasının bir səbəbi antropogen təsirlərlə bağlıdır. Bu, əsasən Bakı və onun ətraf ərazilərinə aiddir. Bakıda kanalizasiya və su kəmərlərinin bəzi sahələrdə köhnə olması səbəbindən onlardan sızan sular sürüşmə sahələrini aktivləşdirir. Masazır və Bakının digər qəsəbələrində, həmçinin Badamdarda kanalizasiya sisteminin olmaması, şambalardan istifadə olunması nəticəsində kanalizasiya suyu birbaşa qurunta ötürülür. Nəticədə, süxurlarda ilişkənlik azalır, yamacboyu aşağı hərəkət edir. Şəhərdə kanalizasiya sisteminin axıntılarının qarşısını almaq üçün işlər görülsə də, proses başa çatmayıb".

E.Əlizadə bildirib ki, bu gün paytaxtda sürüşmə sahələrinin aktivləşməsinin 30-40%-i məhz antropogen amillərlə bağlıdır:

"İnsan təsiri olmasa, yamaclarda istinad divarları çəksək, suvarmanın həddini keçməsək və yaşıllaşdırma işləri aparsaq, sürüşmə meyilli əraziyə əlavə rütubət gətirməsək, genişlənmənin qarşısını ala bilərik. Bayılda, Zığda, Masazırda, Günəşlidə kərpic zavodunun yanındakı yolda, Masallı və Lənkərandakı ərazilərdə sürüşmənin səbəbi də insan amilidir.

Lənkəran və Kiçik Qafqaz zonası klassik sürüşmə zonaları deyil. Həmin ərazilərdə sürüşmə sahələrinin artması aparılan tikinti işləri, yamacların həddən artıq kəsilməsi, suvarılma ilə bağlıdır".

E.Əlizadə Azərbaycan ərazisində son dövrlərdə intensiv yağan yağışlar və qar nəticəsində kifayət qədər çox rütubət toplandığını deyib:

"Temperaturun artması, qar örtüyünün intensiv əriməsi sürüşmə təhlükəli yamaclarda süxurların rütubətlə dolmasına səbəb olub. Nəticədə, süxurlar arasında ilişkənlik qabiliyyəti xeyli azalıb. Ölkə ərazisində mövcud potensial sürüşmə sahələrində - Böyük Qafqazın cənub-şərq yamacında, yəni Qobustan, İsmayıllı, Şamaxı və Ağsu aşırımında nisbi fəallaşma müşahidə olunur".

Onun sözlərinə görə, sürüşmə zonalarının aktivləşməsi ilə yanaşı, yeni sürüşmə sahələri də yaranıb:

"Xüsusən yol kənarlarında, Muğanlı-Ağsu çay dərəsində, dağlıq ərazilərdəki sürüşmələr daha çox aktivləşib. Hətta sürüşməyə meyilli yeni ərazilər yaranıb. Ağsu dolaylarında da vəziyyət nisbətən gərgin olaraq qalır. Əvvəllər sürüşmənin nisbətən az müşahidə olunduğu Kiçik Qafqazın şimal-şərq yamacında, yəni Gədəbəy, Daşkəsən, Göygöl və Goranboy rayonları ərazisində çay dərələrində və ona yaxın ərazilərdə mövcud sürüşmə sahələri ilə yanaşı, yeni yaranmış sürüşmə sahələrində də aktivlik müşahidə olunur.

Lənkəran zonasında sürüşmə sahələri fəallaşıb. Belə ki, əvvəllər yalnız Lənkəran-Lerik rayonları arasındakı yolun müəyyən sahələrində sürüşmə müşahidə edilirdi. Yolun təsiri nəticəsində yamacların kəsilməsi və dikliyin artması ilə sürüşmə sahələri artıb. Son dövrlər Masallı rayonunda və Yardımlı çökəkliyində yeni sürüşmə sahələri yaranmaqdadır. Sürüşmə sahələrinin intensivliyi Qusar, Şabran, Siyəzəndə, Xızı rayonlarında, qismən də Quba rayonunda Vəlvələ çökəkliyində sürüşmə sahələrinin fəallaşması müşahidə edilir.

Bakıda ən fəal sürüşmə sahəsi Zığdır, orada artıq süxurların dəyişməsi adi gözlə də müşahidə olunur. Təhlükə hər gün artmaqdadır. Nisbi fəallaşma Bayıl amfiteatrında, xüsusilə Şəhidlər Xiyabanı ilə teleteatr arasında, Badamdar yamacında da müşahidə olunur. Yollarda əmələ gələn çatlar gərginliyin artdığını göstərir. Ümumiyyətlə, respublika ərazisində sürüşmə sahələrində nisbi fəallaşma müşahidə edilir. Hələ ki, böyük gərginlik yoxdur, lakin fəslin dəyişməsi, yaz yağışları sürüşmə təhlükəli ərazilərdə fəallığı artıracaq. Nəzərə almalıyıq ki, əriyən qar süxurları doldurub".

Tarix
2016.02.17 / 19:19
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Paşinyan artıq bunu başa düşür - Ərdoğan

Ermənistan ordusu Qazaxın kəndlərindən çəkildi

Yeni sübutlar var: ermənilər tələlər quraşdırıb

Bakı yenidən özünün olanı geri qaytarır - Solonnikov

Türk dövləti saydığımız İran bu yoldan çəkilməlidir

Bayramov çexiyalı həmkarı ilə görüşdü

Əliyev Zelenskini Bakıya dəvət etdi

İran axır ki, dilləndi: alqışlamadı - “hörmət” edir...

Paşinyan dedi ki, mən gedirəm, Əliyev özü gələcək

Əliyev Moskvada bunu vurğuladı - Solonnikov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla