Yuxarı

Penitensiar Xidmətdə müşavirə keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 19-da Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Baş idarəsində cəzaçəkmə müəssisələrinin, eləcə də idarə və şöbə rəislərinin iştirakı ilə əməliyyat müşavirəsi keçirilib.

Penitensiar Xidmətdən Axar.az-a verilən məlumata görə, tədbir iştirakçılarına ölkə başçısının sədrliyi ilə keçirilmiş 2015-ci ilin yekunlarına və sosial-iqtisadi inkişafa dair müşavirədə qaldırılan məsələlərlə bağlı ədliyyə orqanlarının üzərinə düşən vəzifələrə həsr olunan Ədliyyə Nazirliyinin 12 fevral 2016-cı il tarixli kollegiya iclası barədə məlumat verilib.

Ölkə prezidentinin korrupsiyaya qarşı mübarizənin daha da gücləndirilməsi, şəffaflığın artırılması, ictimai nəzarətin genişləndirilməsi ilə bağlı mühüm tapşırıqları, eləcə də həmin tapşırıqların icrası istiqamətində ədliyyə naziri, birinci dərəcəli dövlət ədliyyə müşaviri cənab Fikrət Məmmədovun verdiyi tövsiyələr xidmət əməkdaşlarının nəzərinə çatdırılıb.

Həmçinin bildirilib ki, Penitensiar müəssisələrdə əməkdaşlar, eləcə də xüsusi kontingentə daxil olan şəxslər arasında qarşılıqlı hörmət və etik normalara riayət edilməsi məhkumların islah olunması prosesinə təsir göstərən mühüm amillərdəndir. Bu nöqteyi-nəzərdən məhkumlarla birbaşa təmasda olan dəstə rəislərinin fəaliyyətinin səmərəliliyinin artırılması, onların üzərilərinə düşən vəzifələrin lazımınca yerinə yetirilməsi üçün əlverişli şərait yaradılmalıdır. Məhkumlar arasından seçilmiş geniş dünyagörüşünə və intellektual səviyyəyə malik şəxslərdən formalaşmış dəstə və müəssisə kollektiv şuralarının rolu artırılmalıdır. Xidmət üzrə rəhbər vəzifələr üçün peşəkar kadr ehtiyatının hazırlanması, gənc kadrların hamiliyə verilməsi və fəaliyyətin stimullaşdırılması məqsədilə əlavə tədbirlər görülməlidir.

Dövlət əmlakının, texniki avadanlığın qorunması, onların düzgün istifadəsinin təmin olunması və izafi xərclərə yol verilməməsi müşavirə iştirakçılarının bir daha nəzərinə çatdırılıb.

Tarix
2016.02.20 / 16:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

Əliyevlə Fiko mətbuata bəyanatlarla çıxış etdi

Robert Fikonun şərəfinə rəsmi nahar verildi

Əsədov Qəhrəmanmaraşda: Tapşırıqlar verdi - Foto

Paşinyan: Bakı ilə bu tarixdə sülh bağlayacağıq - Təcili

ABŞ Libbini niyə dərhal Şuşaya göndərdi? - Şok səbəb

İrəvanın təhlükəsizlik doktrinası dəyişdirilməlidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla