Yuxarı

Metropoliten Xocalı qurbanlarını yad etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Metropoliteni QSC-də Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.

Axar.az xəbər verir ki, Metropoliten əməkdaşları Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edərək, abidənin önünə gül dəstələri qoyublar.

Sonra metropolitenin inzibati və texnoloji binasının akt zalında keçirilən tədbirdə soyqırım qurbanları və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Metropoliten İşçiləri Həmkarlar İttifaqının sədri Arif Mərdanov Xocalı soyqırımını bəşəriyyət tarixində bir xalqa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu qeyd edib.

Qeyd edək ki, tədbirin sonunda metropolitençilərə Xocalı soyqırımına həsr olunmuş və həqiqi faktlar əsasında lentə alınmış "Xoca" filmi nümayiş etdirilib.

Tarix
2016.02.26 / 18:05
Müəllif
Fatimə İbrahimova
Şərhlər
Digər xəbərlər

Nikol da “noyabra qədər” dedi: Bakının 3 tələbi…

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla