Azərbaycanın "Azerspace/Africasat-1a" ilk
telekommunikasiya peykinin orbitə buraxılmasından 1 il
ötür.
Azərbaycan 2013-cü il fevralın 8-dən beynəlxalq kosmik klubun
üzvü olub. Azərbaycan MDB-də üçüncü, regionda isə birinci ölkədir
ki, öz peyki var.
Peykin orbitə buraxılması ölkənin sosial-siyasi və iqtisadi
sahələr daxil olmaqla müxtəlif sahələrdə əldə etdiyi uğurların
təsdiqidir.
"Azerspace/Africasat-1a" telekommunikasiya peyki Fransanın
"Arianespace" raketdaşıyıcısının köməyi ilə Qviana Kosmik
Mərkəzindən (Kuru kosmodromu) həyata keçirilib. Peykin orbitdə
istismar müddəti 15 ilədək təşkil edəcək.
"Azerspace/Africasat1a"-nın xidmət zonasına Şərqi Avropa,
Qafqaz, Mərkəzi Asiya və Şimali Afrika ölkələri daxildir.
Peykin orbitə çıxarılması Azərbaycanın kosmik sənaye ölkəsinə
çevrilməsi üzrə perspektiv layihələrin həyata keçirilməsində ilk
addım oldu. Milli peykin olması keyfiyyətli və etibarlı rabitə
əlaqəsi yaratmağa, "VSATmultiservis" şəbəkələrinin yaradılmasını
təmin etməyə, rəqəmsal teleradioyayım xidmətlərini və internet
şəbəkəsinə çıxışı təqdim etməyə, həmçinin informasiya
təhlükəsizliyini təmin etməyə və vahid informasiya məkanı
formalaşdırmağa imkan verir.
Gələcəkdə "Azerspace/Africasat-1a" peykinin resursları
Azərbaycan və Xəzər regionunun enerji resurslarını dünya
bazarlarına tədarük etmək üçün istifadə edilən neft-qaz kəmərləri
layihələrinin təhlükəsizliyini təmin etmək məqsədi ilə tətbiq
ediləcək.
"Azerspace/Africasat-1a" peykinin istismarından əldə edilən
gəlir 420 milyon dollar səviyyəsində gözlənilir.
"Azerspace/Africasat-1a" peykinin orbitə buraxılması ilə
qarşıdakı 15 il ərzində 650 milyon dollar gəlir əldə ediləcək.
2013-cü ilin 8 ayının yekunu üzrə (peykin kommersiya istismarı
mayda başlayıb) I peyk proqramından əldə olunan gəlirlər 10 milyon
dollar olub.
Hazırda "Azərkosmos" ASC peykin 50 faizdən çox resursunu
reallaşdırıb. Peykin köməyi ilə 70-dən artıq televiziya və
radiokanal yayımlanır.
Azərbaycanın gələcək planlarına "Azerspace-2" II
telekommunikasiya peykinin orbitə buraxılması daxildir. II peykin
2017-ci ildə orbitə buraxılması planlaşdırılır.
Azərbaycanın II peyk proqramı da kommersiya xarakteri daşıyacaq.
Peyk rəqəmsal TV xidmətlərini təqdim etmək, məlumatların
ötürülməsi, multiservis şəbəkələrinin yaradılması və s. üçün
nəzərdə tutulub.
Yerin məsafədən zondlaşdırılması, kartoqrafik və geoloji
araşdırmalar və digər işlər üçün peyklərin istifadəsi də önəmli
məsələdir.
Azərbaycan 2015-ci ildə aşağıorbitli peyki orbitə buraxmağı
planlaşdırır.