Yuxarı

Ordumuzda minə yaxın qadın hərbçi var

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ordumuzda minə yaxın qadın hərbçi var

Azərbaycan Respublikası Silahlı Qüvvələrində minə yaxın qadın hərbiçi qulluq edir.

Nazirliyin rəsmi açıqlamasında qeyd edilir ki, Azərbaycanda Qadınların hərbi xidmət keçməsi "Hərbi xidmətkeçmə haqqında" Əsasnamə ilə tənzimlənir və könüllü surətdə həyata keçirilir.

"Qadınlar Azərbaycan Respublikası Silahlı Qüvvələrində ordumuzun yarandığı tarixdən günümüzə qədər xidmət edirlər. Hazırda Müdafiə Nazirliyinin tabeliyındə olan hərbi hissələrdə zabit, gizir, miçman, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi min nəfərə yaxın qadın hərbi xidmətdədir".

Müdafiə Nazirliyindən "Qadın hərbiçilərin aldıqları ən yüksək rütbə hansıdır?" sualına isə cavab olaraq bildirilib ki, hazırda Silahlı Qüvvələrdə "baş leytenant", "kapitan", "mayor", "polkovnik-leytenant" və "polkovnik" hərbi rütbəsi daşıyan qadın hərbi qulluqçular xidmət edir. Onlar isə daha çox tədris, tibb, kadr, artilleriya, arxa cəbhə, beynəlxalq hərbi əməkdaşlıq, kəşfiyyat və digər sahələrdə hərbi xidmət keçirlər ("mUSAVAT").

Tarix
2014.02.08 / 12:57
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla