Yuxarı

“Jiquli” qatara çırpıldı: xəsarət alanlar var - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Saat 00:28 radələrində Azərbaycan Dəmir Yolları (ADY) QSC-yə məxsus yük qatarı Qala stansiyasında hərəkətdə olarkən dövlət qeydiyyat nişanı 10 EK 522 olan “Jiquli” markalı avtomobil xəbərdarlıq nişanlarına məhəl qoymadan dəmiryol xəttini keçməyə cəhd edib və qatara çırpılıb.

Azərbaycan Dəmir Yolları QSC-dən Axar.az-a bildirilib ki, toqquşma nəticəsində avtomobilin sürücüsü və 2 sərnişin müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya yerləşdiriliblər.

Digər bir hadisə isə saat 04:50 radələrində Əmircan stansiyasında baş verib. Dövlət qeydiyyat nişanı 77 DV 564 olan "Toyota Prius" markalı avtomobilin (taksi) sürücüsü idarəetməni itirərək Əmircan stansiyasında yerləşən qorunan dəmiryol keçidinin şlaqbaumunun dayağına dəyərək hasara çırpılıb.

Hadisə nəticəsində sürücü xəsarət alıb.

ADY nəqliyyat vasitələri sürücülərini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə çağırır.

Dəmiryol keçidlərindən keçən zaman diqqətli olun!

Tarix
2024.04.16 / 09:14
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təbrizin qızıl bazarında satıcılar tətilə başladı - Foto

Bakıda 12 nəfərin ölümü ilə nəticələnən terakt - Foto

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

Əgər Vardanyan bu siyahıya daxil edilibsə... - Qonçarenko

Kupman Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla