Yuxarı

"Qərb Tekstil" 1 milyon dollara özəlləşdirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda Ağstafa rayonundakı Qərb Tekstil MMC və 18 nəqliyyat vasitəsi özəlləşdirilib.

Axar.az xəbər verir ki, bu barədə Dövlət Xidməti məlumat yayıb.

Məlumata görə, hərraca çıxarılan əmlaklara 78 sifariş qəbul edilib ki, bunlardan 16-sı elektron qaydada qeydə alınıb. "Qərb Tekstil" hərracda 1 710 500 manata (təxminən 1 milyon ABŞ dolları) özəlləşdirilib. Müəssisənin ümumi faydalı sahəsi 4 188 kvadratmetr, torpaq sahəsi isə 12 000 kvadratmetrdir.

Hərracda özəlləşdirilmiş nəqliyyat vasitələri isə əsasən Avropa istehsalıdır.

Hərracda satılan dövlət əmlaklarının siyahısı ilə bu link vasitəsilə tanış olmaq olar.

Növbəti hərraclar 23-30 apreldə keçiriləcək. İştirak etmək istəyənlər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalında (e-emlak.gov.az) qeydiyyatdan keçməklə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 %-i qədər beh ödəyərək iştirakçı statusu əldə etmək olar.

Tarix
2024.04.16 / 17:41
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təbrizin qızıl bazarında satıcılar tətilə başladı - Foto

Bakıda 12 nəfərin ölümü ilə nəticələnən terakt - Foto

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

Əgər Vardanyan bu siyahıya daxil edilibsə... - Qonçarenko

Kupman Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla