Yuxarı

Kürəkəni ağlayaraq dedi ki, Hadı müəllim... - Mirələmov

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadı Rəcəbli bu gün səhər saatlarında ürək çatışmazlığından vəfat edib.

Axar.az xəbər verir ki, onun yaxın dostlarından olan sabiq deputat Hüseynbala Mirələmov Modern.az-a açıqlamasında dostunun ölüm xəbərindən sarsıldığını söyləyib:

“Dünən gecə onunla telefonda danışmışdıq. Oradan-buradan söhbət etdik. Bu gün məni yuxudan oyatdılar ki, internetdə Hadının öldüyünü yazıblar. Əvvəlcə inanmadım, dedim elə şey ola bilməz. Tez mərhumun kürəkəninə zəng elədim. Mənə ağlaya-ağlaya dedi ki, Hadı müəllim yıxılıb qalıb. Bu adam hər gün 30-35 dəqiqə idman edirdi. Biz orta məktəbi bir yerdə oxumuşduq. 15 il Milli Məclisdə yanaşı əyləşmişdik. Bu xəbər məni çox üzdü, kövrək və yandırıcı izlərlə qalacaq xatirəmdə. O, çox qıvraq adam idi. Yeriyəndə şux yeriyirdi. Hamı ona həsəd aparırdı”.

H.Mirələmov deyib ki, Hadı Rəcəbli dövlətini, vətənini sevən adam olub:

“Milli Məclisdə komitə sədri olanda hansısa nazirliyin nöqsanlarını da üzərinə götürürdü, deyirdi mənəm günahkar, mən düzgün etməmişəm. Çox vətənsevər idi. Allah rəhmət eləsin!”

Tarix
2024.04.17 / 10:44
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təbrizin qızıl bazarında satıcılar tətilə başladı - Foto

Bakıda 12 nəfərin ölümü ilə nəticələnən terakt - Foto

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

Əgər Vardanyan bu siyahıya daxil edilibsə... - Qonçarenko

Kupman Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla