Yuxarı

İncəsənətdə qadın toxunuşlarının vurğulandığı bir ay...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qırmızı Ürəklər Fondu, Niderland Krallığının Azərbaycandakı Səfirliyi, Almaniya Federativ Respublikasının Azərbaycandakı Səfirliyi və “VarYox” mədəniyyət və incəsənət platformasının birgə təşkilatçılığı ilə “Her Action in Art” adlı festival baş tutub.

Festivalda Gürcüstan, Qazaxıstan və Qırğızıstandan olan tanınmış rəssamlarla yanaşı seçilmiş 13 azərbaycanlı qadın rəssamın əsərləri də sərgilənib. Sərgidə rəsm əsərləri, instalyasiyaların nümayişi ilə yanaşı müxtəlif mövzularda seminarlar da baş tutub. Sitarə İbrahimbəyli, Lesli Qrey və Olqa Seleznyovanın kuratorluğu ilə keçirilən seminarların məqsədi regionda qadınların incəsənətə cəlbi və motivasiya edilməsi olub.

Festival çərçivəsində beynəlxalq fotoqraflar tərfindən iki fotoqrafiya seminarı keçirilib. Seminarlarda yerli qadın fotoqrafların portfolioları beynəlxalq mütəxəssislər tərəfindən dəyərləndirilib.

Bu ilhamverici festivalın yekunu olaraq Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə 11 saylı inteqrasiya təlimli internat məktəbinin şagirdləri “Nine Senses” yaradıcılıq və özünüinkişaf mərkəzində əl işlərini nümayiş etdiriblər. Əl işlərindən ibarət sərgi və uşaqların moda nümayişi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

1 ay davam edən “Her action in Art” festivalının məqsədi azərbaycanlı qadın rəssamların əsərlərini yeni tamaşaçılara təqdim etməklə onların peşəkar inkişafına dəstək olmaq idi.

Qeyd edək ki, “Red Hearts” Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Fondun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil olmaq kifayətdir.

Tarix
2024.04.17 / 11:46
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təbrizin qızıl bazarında satıcılar tətilə başladı - Foto

Bakıda 12 nəfərin ölümü ilə nəticələnən terakt - Foto

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

Əgər Vardanyan bu siyahıya daxil edilibsə... - Qonçarenko

Kupman Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla