Yuxarı

Bu vəzifəli şəxslərə kompensasiya veriləcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gömrük orqanlarının vəzifəli şəxslərinə yeni qulluq yerinə köçmə, habelə əmlakın daşınması üçün xərclər və birdəfəlik kompensasiya ödəniləcək.

Axar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklikdə öz əksini tapıb.

Layihədə qeyd edilir ki, qeyd olunan xərclərin və kompensasiyanın ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcəkdir.

Gömrük orqanlarında qulluq yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan gömrük orqanlarının vəzifəli şəxslərinə və onların ailə üzvlərinə yaşayış məntəqəsindən asılı olaraq mənzil kirayəsi üçün pul kompensasiyası ödəniləcəkdir. Pul kompensasiyasının ödənilmə qaydası və məbləği də müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcəkdir.

Analoji mexanizm dövlət qulluğunun digər xüsusi növlərində xidmət keçməni tənzimləyən qanunvericilik aktlarında təsbit olunmuşdur və praktikada tətbiq olunur.

Tarix
2024.04.17 / 11:58
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təbrizin qızıl bazarında satıcılar tətilə başladı - Foto

Bakıda 12 nəfərin ölümü ilə nəticələnən terakt - Foto

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

Əgər Vardanyan bu siyahıya daxil edilibsə... - Qonçarenko

Kupman Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla