Yuxarı

Ordumuz döyüşə hazırolma vəziyyətinə gətirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun 2024-cü il üçün təsdiq etdiyi hazırlıq planına əsasən, Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb.

Müdafiə Nazirliyindən Axar.az-a bildirilib ki, ssenariyə uyğun olaraq, müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilən təlimlərə cəlb olunan bölmələr ehtiyat və təyinat rayonlarına çıxarılıb, idarəetmə orqanlarının ərazidə açılması və maskalanması təmin olunub.

Təlimlərdə müxtəlif tapşırıqların icrası üzrə fəaliyyətlər xəritə üzərində dəqiqləşdirilib, yaranmış taktiki şəraitə əsasən, qəbul edilmiş qərarlara dair komandirlərin məruzələri dinlənilib.

"Komanda-qərargah təlimləri zamanı qarşıya qoyulan bütün tapşırıqlar müvəffəqiyyətlə icra olunub. Komandir heyətinin çevik qərar qəbuletmə bacarıqlarının, qərargahların qarşılıqlı fəaliyyətinin, eləcə də onların mürəkkəb şəraitlərdə döyüş tapşırıqlarını idarəetmə qabiliyyətlərinin daha da təkmilləşdirilməsi məqsədilə keçirilən təlimlərdə hərbi qulluqçular yüksək peşəkarlıq və əzm nümayiş etdiriblər", - məlumatda vurğulanıb.

Tarix
2024.04.27 / 09:54
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nikol da “noyabra qədər” dedi: Bakının 3 tələbi…

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla