Yuxarı

Generalımız serbiyalı həbrçilərlə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Serbiya Müdafiə nazirlikləri arasında 2024-cü il üçün ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində iki ölkənin mühəndis təminatı üzrə hərbi ekspertlərinin humanitar minatəmizləmə mövzusunda işçi görüşü keçirilib.

Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən məlumat verilib

Bildirilib ki, görüşdə Mühəndis Qoşunları Baş İdarəsinin rəisi general-mayor Anar Kərimov qonaqlara Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan qələbədən sonra azad edilmiş ərazilərdə minaların təmizlənməsi üzrə görülən işlər barədə ətraflı məlumat verib.

Qeyd edilib ki, işğaldan azad edilmiş çətin relyefə malik ərazilərdə xidmətin yüksək səviyyədə təşkili üçün mühəndis təminatı üzrə zəruri tədbirlər plana uyğun olaraq digər dövlət qurumları ilə qarşılıqlı əlaqədə davam etdirilir.

Görüşdə, həmçinin minalar, əldəqayırma partlayıcı qurğular və partlamamış döyüş sursatlarının zərərsizləşdirilməsi üçün hər iki ölkənin silahlanmasında olan texnika, eləcə də mühəndis bölmələrinin təchizatı və digər zəruri mövzular barəsində ətraflı fikir mübadiləsi aparılıb.

Tarix
2024.05.23 / 12:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sülhün əksər elementləri razılaşdırılıb, fikrimcə... - Klaar

Konstitusiya Məhkəməsində seçkilərlə bağlı iclas

Pezeşkian Azərbaycanla bağlı elə sözlər dedi ki... - Mühüm

O polisin bədənini gördüm – 3 bıçaq, iki güllə yarası vardı

Türkiyə “Bastion”ları bir ay ləngitdi: “Sezar” necə gələcək?

Pezeşkian türkcə danışdı, xəbərdarlıq aldı

3 polisi öldürülən polis rəisi kimdir?

Delimitasiya: bu yolda partlayış işləri aparılacaq

Rusiya diqqətini daxilə yönəltməyə məcbur edilir

Rusiya polisi çökdü: 15 polis necə ölə bilər? – Putinə şok

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla