Yuxarı

"Birbank Biznes"də SİF kreditindən yararlanma imkan

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun mikro sahibkarlara bizneslərini genişləndirmək və inkişaf etdirmək üçün güzəştli kredit fürsəti təqdim edilir.

Birbank Biznes vasitəsilə 20-70 yaş aralığında olan mikro sahibkarlar 60 ayadək, illik 5% olmaqla 100 000 AZN-dək güzəştli kredit imkanından faydalana bilərlər. Qeyd edək ki, güzəşt müddəti kredit müddətinin yarısınadək olan tarixləri əhatə edir.

Tələb olunan sənədlər:

- Şəxsiyyət vəsiqəsi

- VÖEN

- Layihənin həyata keçirildiyi yerə və ya əmlaka dair təsdiqedici sənəd

Prioritet istiqamətlər:

- Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarında, dövlət proqramlarında, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarında nəzərdə tutulan istehsal, emal və xidmət sahələrinin dəstəklənməsi;

- Qeyri-neft sənaye sahələrinin inkişafı üzrə istehsal və emal (o cümlədən aqrar emal) yönümlü layihələrin dəstəklənməsi;

- Kənd təsərrüfatı sahəsinin inkişafı üzrə istehsal yönümlü layihələrin dəstəklənməsi;

- Logistik xidmət layihələrinin dəstəklənməsi;

- Anbar komplekslərinin yaradılması yönümlü layihələrin dəstəklənməsi;

- Turizmin inkişafı üzrə layihələrin dəstəklənməsi (Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla);

- Balıqçılıq və akvakultura, həmçinin akvaponika təsərrüfatlarının yaradılması yönümlü layihələrin dəstəklənməsi;

- Yaşıl, rəqəmsal inkişaf və innovasiya yönümlü layihələrin dəstəklənməsi;

- Kütləvi informasiya vasitələrinin inkişafı yönümlü layihələrin dəstəklənməsi;

- Təhsil sahəsi üzrə layihələrin dəstəklənməsi (Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla);

- Tibb sahəsi üzrə layihələrin dəstəklənməsi (Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla);

Bu unikal kredit imkanından yararlanmaqla mikro sahibkarlar öz bizneslərini inkişaf etdirə və ölkə iqtisadiyyatının müxtəlif sahələrində irəlləyişə nail ola bilərlər.

Əlavə məlumat üçün link: https://bir.bank/sifd

Birbank Biznes müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə də dəstək göstərilir. Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçün https://bir.bank/bbfipr saytına keçid edin və ya 896 məlumat mərkəzinə zəng edin.

Tarix
2024.06.24 / 13:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Şüvəlanda gecə 4-də qətliam, “yeni Xomeyni”yə eyham...

Parlament işini yekunlaşdırdı

Pezeşkian şəhərimizi öz adı ilə yazdı – Şahçılar dəli oldu

ABŞ Bakıdan nə istəyir? – Rusiyadan fərqli baxış

Prezident Obrayeni qəbul etdi

Bu məmulatların idxalı rüsumdan azad olunur

Qırğızıstanla imzalanmış sənədlər ratifikasiya edildi

İran 7 gündən sonra “dilləndi”, o da səfir səviyyəsində

BMT baş katibi Bakıya gəlir - Təsdiqlədi

Obrayenin Bakı səfərinin 3 sensasion hədəfi - Akyar

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla